Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabiq deputat: "Nəvələrimi kənddən uzaqlaşdırmışam ki, gedib şəhərdə mədəniyyət, qabiliyyət sahibi olsunlar"

29.12.2025 20:32 522
Sabiq deputat:
Sabiq deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası Qalib Salahzadə 23 yaşlı nəvəsi Həsən Salahzadənin paytaxtın Xəzər rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsi ünvanında ümumi sahəsi 1 286 kvadratmetrlik üç binadan ibarət obyekt açmasının müzakirə yaratmasına, belə bir biznesi qurmaqda babasının ona dəstək verməsi barədə fikirlərə münasibət bildirib.

Median.Az xəbər verir ki, Q.Salahzadə Pravda.az-a açıqlamasında məlumatın həqiqətə uyğun olmadığını deyib.

"Bilgəhdə nə qədər desəniz, obyektim var. 23 yaşında nə obyekt açmaq? Həsən şəhərdə yaşayır. Ayrı ev-eşiyi var, Bilgəhdə nə işi var? Heç Bilgəhə gəlir ki, hələ bir obyekt də açsın? Vallah, Həsəni görəndə sevinirəm. Bilgəhdəki obyektlərin hamısını mən açmışam. Qohumlarımın adına da salmışam, bu, başqa şeydir. Həsənin adına heç eşşək də yoxdur. Nəvələrimin hamısını kənddən uzaqlaşdırmışam ki, qoy gedib şəhərdə mədəniyyət, qabiliyyət sahibi olsunlar. Bilgəhdə nə var ki, obyekt açsınlar? Bir hacı Qalib var, ancaq ondan yazırlar. Nəvələrimi oxutdururam. Həsən Salahzadənin nə işlə məşğul olduğunu heç bilmirəm. Bircə bunu bilirəm ki, haradasa ciddi işlərlə məşğuldur. Başlayıblar ki, Şeyx Həsənə kömək edib. Şeyxin öz övladları var. Məgər mən ölmüşəm ki, icazə verəm, nəvələrim kiməsə ağız açsınlar? 73 yaşım var, yaxın iyirmi ildə planımda ölmək yoxdur. Uşaqlar həddindən artıq qabiliyyətlidirlər. Mən onları tərbiyə ilə böyütmüşəm. Övlad hər şeydən əzizdir. Nə pul, nə var-dövlət? Kimsə "övladım 25 yaşında gənc biznesmen olub" deyirsə, sübut edərəm ki, hamısı yalandır. Mən bu həyatı yaşamışam. İnsan ancaq 30 yaşından sonra biznesmen ola bilər, o da ağlı başında olsa... 23 yaşında birinin atası, babası ona kömək olmasa, o heç bir biznes qura bilməz. Bu söhbətləri yayanlar məqsəd güdürlər, uşağın adını mətbuata buraxırlar. Həsən çox savadlıdır. ABŞ-də oxuyub. Qohum-əqrəbadan başqa adam tanıyır ki? İndi yer-göy ev tikir. Mən də bir ev tikdim, dron çıxarıb ev-eşiyimi çəkib internətə yerləşdirdilər ki, hacı Qalibin 85 milyonluq mülkü. Heç mənim vecimə deyil..."

Q.Salahzadə ötən ay Allahşükür Paşazadənin qızı, deputat Əliabbas Salahzadənin həyat yoldaşı Xatirə Salahzadənin Bilgəhdə Zuğulba prospekti, giriş 258A ünvanında obyekt açması ilə bağlı yayılan iddialardan da danışıb: "Əliabbas Salahzadənin xanımı heç vaxt heç bir işə qarışmayıb, heç nədən xəbəri yoxdur".

Son xəbərlər