Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünya Bankı ilk dəfə Azərbaycanı "B-Ready" hesabatı üzrə qiymətləndirib

29.12.2025 21:03 1 056
Dünya Bankı ilk dəfə Azərbaycanı
Dünya Bankı yeni "Business Ready-2025" ("B-Ready", "Biznesə daxilolma") hesabatı çərçivəsində ilk dəfə olaraq Azərbaycanı qiymətləndirib.

Report Dünya Bankına istinadən xəbər verir ki, 101 iqtisadiyyatı əhatə edən tədqiqatda biznes və investisiya mühiti üç əsas göstərici üzrə dəyərləndirilib: normativ-hüquqi baza, dövlət xidmətləri və əməliyyat səmərəliliyi. Bununla yanaşı, tematik istiqamətlər üzrə orta göstəricilər də müəyyən edilib.

Normativ-hüquqi baza göstəricisi üzrə Azərbaycan 71,92 bal toplayaraq 32-ci yerdə qərarlaşıb. Bu istiqamətdə ölkə ən yüksək nəticələri maliyyə xidmətləri (94,1 bal) və kommunal infrastruktur (83,6 bal) sahələrində göstərib.

Müəssisələrin yaradılması (74,2 bal), mübahisələrin həlli (74,7 bal) və biznesin iflası (70,8 bal) sahələrində nisbətən sabit göstəricilər qeydə alınıb.

Beynəlxalq ticarət (64,5 bal), vergitutma (66,7 bal), əmək resursları (68,1 bal) və bazar rəqabəti (52 bal) üzrə isə daha mülayim nəticələr müşahidə olunub.

Dövlət xidmətləri göstəricisi üzrə Azərbaycan 62,7 bal toplayaraq 40-cı yeri tutub. Ən yaxşı nəticələr müəssisələrin yaradılması (87,2 bal) və maliyyə xidmətləri (89,8 bal) sahələrində qeydə alınıb.

Bununla yanaşı, beynəlxalq ticarət (49,2 bal), bazar rəqabəti (38,5 bal) və biznesin iflası (37,5 bal) istiqamətlərində nisbətən aşağı göstəricilər qeydə alınıb.

Əməliyyat səmərəliliyi göstəricisi üzrə Azərbaycan 63,3 bal toplayaraq 42-ci yerdə qərarlaşıb. Bu blokda xüsusilə müəssisələrin yaradılması prosedurları (96,7 bal), biznesin yerləşməsi (85,9 bal) və kommunal xidmətlər (87,9 bal) yüksək qiymətləndirilib.

Eyni zamanda, beynəlxalq ticarət (48,5 bal), bazar rəqabəti (45,3 bal) və əmək resursları (57,3 bal) üzrə göstəricilər zəif olaraq qalıb. Biznesin iflası isə bu istiqamətdə sıfır balla qiymətləndirilib.

Ümumilikdə, Azərbaycan bütün tematik istiqamətlər üzrə ən yüksək nəticələri müəssisələrin yaradılması (86 bal), maliyyə xidmətləri (87,2 bal) və kommunal xidmətlər (83 bal) sahələrində göstərib.

Vergitutma (67,8 bal), mübahisələrin həlli (65,3 bal), əmək ehtiyatları (64 bal) və beynəlxalq ticarət (54,1 bal) üzrə nisbətən mötədil göstəricilər qeydə alınıb.

Bazar rəqabəti (45,3 bal) və biznesin iflası (36,1 bal) isə hesabatda ən problemli istiqamətlər kimi qiymətləndirilib.

Cənubi Qafqazın digər ölkələri üzrə nəticələr isə fərqlənir. Ermənistanın üç əsas göstərici üzrə balları 61,2-73, Gürcüstanın göstəriciləri isə 70,3-78 bal aralığında dəyişir.

Əvvəlki "Doing Business" hesabatlarından fərqli olaraq, "B-Ready" hesabatında ölkələrin ümumi reytinq mövqelərinə xüsusi önəm verilmir. Dünya Bankı 2026-cı ildə "B-Ready" çərçivəsində qiymətləndirilən ölkələrin sayını 180-ə çatdırmağı planlaşdırır.

Dünya Bankı Qrupunun yeni təşəbbüsü olan "B-Ready" layihəsi biznes və investisiya mühiti üzrə məlumatların toplanmasını və təhlilini əhatə edir və illik hesabat formatında təqdim olunur. Layihə Dünya Bankının özəl investisiyaların təşviqi, yeni iş yerlərinin yaradılması və məhsuldarlığın artırılmasına yönəlmiş yenilənmiş strategiyasının tərkib hissəsidir.

"Doing Business" hesabatını əvəz edən "B-Ready", biznes mühitinin qiymətləndirilməsində daha balanslaşdırılmış və şəffaf yanaşma təklif edir. Hesabatın metodologiyası Dünya Bankının ekspertlərinin, hökumətlərin, özəl sektorun və vətəndaş cəmiyyəti institutlarının tövsiyələri əsasında formalaşdırılıb. Bu yanaşma "de jure" və "de facto" göstəricilər arasında tarazlığın qorunmasını, eləcə də məlumatların müqayisə oluna bilməsini və reprezentativliyini nəzərdə tutur.

Xatırladaq ki, 2021-ci ilin sentyabrında Dünya Bankı əvvəlki illərdə məlumatların toplanması və təqdimatında pozuntuların aşkar edilməsindən sonra "Doing Business" hesabatlarının hazırlanmasından imtina etdiyini açıqlayıb. Azərbaycan bu kontekstdə adı çəkilən dörd ölkədən biri olub.

Araşdırmalar nəticəsində Çin və Səudiyyə Ərəbistanının göstəricilərinin şişirdildiyi, Azərbaycanın isə 2018 və 2020-ci illər üzrə "Doing Business" hesabatlarında reytinqlərinin müəlliflərin qərəzli yanaşması səbəbindən süni şəkildə aşağı salındığı müəyyən edilib.

Son xəbərlər