Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:01 Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır  |     15:00 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər  |     14:59 Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar  |     14:56 Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI - FOTO  |     14:52 Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyanın həbs müddəti uzadılıb  |     13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |     13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |     13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |    

Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat həyata keçirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.


Bildirilib ki, Baş İdarə əməkdaşlarının Yevlax rayonunda keçirdikləri tədbir zamanı Ağdaş sakinləri Turan Mustafayev və Fazil Məhərrəmov tutulublar.

Onların üzərində və idarə etdikləri avtomobildə axtarış aparılan zaman ümumi çəkisi 1 kiloqram 200 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq niyyəti ilə Bakı şəhərinə gətirmək istədiklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılıb. Saxlanılan şəxslərin digər cinayət əməllərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 068 28.04.20 13:57