Şəhriyar Məmmədyarov bir gündə 20 nəfərlə şahmat oynayacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Şəhriyar Məmmədyarov bir gündə 20 nəfərlə şahmat oynayacaq

Məşhur qrossmeysterimiz Şəhriyar Məmmədyarov ABŞ-ın “US Chess Hub” təşkilatı tərəfindən təşkil edilən və chess.com saytında yayımlanacaq onlayn seansda iştirak edəcək.

Şahmatçımız maksimum 20 nəfərlə oynayacaq. Onun rəqiblərindən dörd nəfər ABŞ Şahmat Federasiyasının reytinqi ilə 2300, 2200, 2100 və 2000-ci xalı olan, digər 16 nəfər isə 2000-dən aşağı xala malik şahmatçı olacaq.

Həmin 20 nəfər 45 dəqiqə + 10 saniyə, Məmmədyarov isə 90 dəqiqə + 10 saniyə sistemi ilə oynayacaq. Daha sonra 45 dəqiqəlik fasilə müddətində analiz, sual-cavab prosesi baş tutacaq.

Həmin mərhələ “Zoom” proqramı vasitəsilə canlı yayımlanacaq və suallara Şəhriyar Məmmədyarovla yanaşı, ABŞ-da yaşayan digər qrossmeysterimiz Rəşad Babayev cavab verəcək.

Yarışın təşkilatçısı və prosesdə iştirak edəcək şahmatçılarımızdan biri də Rəşad Babayevdir. O, hazırda ABŞ-da yaşayır və məşqçilik karyerasında böyük nailiyyətlərə imza atıb.

Qeyd edək ki, sözügedən seans mayın 3-də baş tutacaq. Yarış ABŞ-ın Sietl şəhərinin vaxtı ilə saat 09:00-da başlayacaq. Şahmatçımızla oynamaq və bu seansda iştirak etmək arzulayanlar üçün qeydiyyat mayın 2-dək davam edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 219 24.04.20 14:34