Mojo.az Banner
23:01 Xırdalan sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  |     22:54 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib  |     22:49 2 avtobusda gedişhaqqı artırıldı  |     22:43 "WhatsApp" "Meta" AI söhbətləri üçün gizli rejimi aktivləşdirdi (FOTO)  |     22:38 Məşhur şirkətlər süni intellektə görə minlərlə əməkdaşı ixtisar edir  |     22:30 Beyləqan Xəstəxanasında daha bir vəzifəli şəxs işdən çıxdı  |     22:25 Bu mənzillər ucuzlaşa BİLƏR  |     22:19 Səsboğucu hansı hallarda qanunidir? - Maşın həvəskarlarının DİQQƏTİNƏ - 150 MANAT CƏRİMƏ  |     22:12 İranla yeni müharibənin anonsu verildi  |     22:04 Vado Korovinin kürəkəni İŞDƏN ÇIXARILDI  |     21:59 Sosial şəbəkələrdəki bu reklamlarla bağlı - Xəbərdarlıq  |     21:51 İçərişəhər sakinlərinin sistemli uçotuna başlanıldı - İlk dəfə  |     21:44 Şuşadakı bu 3 bina sökülə bilər  |     21:39 May pensiyaları ödənildi  |     21:33 Qadın güləşçimiz Avropa çempionatında gümüş medal qazandı  |     21:25 Əcnəbilər Azərbaycanda yaşama icazələrini elektron qaydada alacaqlar  |     21:20 11 ildən sonra süni intellekt sayəsində 400 min dollarlıq "Bitcoin"ə çıxış əldə etdi  |     21:13 Bakıda taksilər avtobus zolaqlarından istifadə edə biləcəklər? - AÇIQLAMA  |     21:08 "Space"də islahatlar davam edir: Radionun direktoru da işdən çıxarıldı  |     21:00 Azərbaycanda ən çox tələb olunan 10 peşə: Orta əməkhaqqı nə qədərdir?  |    
Left Banner
Right Banner

Özünütəcrid zamanı nələri etmək olmaz?

30.03.2020 18:01 2 455
Özünütəcrid zamanı nələri etmək olmaz?
Özünütəcrid zamanı evdə oturmaq deyil, daha çox gəzmək, ayaq üstə dayanmaq, gün ərzində aktiv fasilələr etmək və sağlam qidalanma ilə bağlı sadə qaydalara riayət etmək lazımdır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyanın Səhiyyə nazirinin müavini Oleq Salaqay özünün “Telegram” kanalında bəyan edib.

“Yeriyin! Bəli, söhbətin evdən getməsinə baxmayaraq, məhz yeriyin. Hətta cüzi hərəkət fiziki aktivlik sayılır. Məsələn, telefonla danışa-danışa mənzildə gəzişmək olar”.

Bundan başqa, o, hətta onlayn oyun oynayan zaman, yaxud kitab oxuyarkən ayaq üstə dayanmağı tövsiyə edib.

“İnternetdə fiziki aktivlik barədə onlayn kurslara baxmaq və gün ərzində müəyyən məşqlər etmək olar. Düzgün bəslənməni də unutmaq olmaz – daha çox meyvə və tərəvəz, bol maye qəbul edilməli, şirniyyatdan çəkinmək, duz, şəkər və yağ istifadəsini azaltmaq lazımdır”, - nazir müavini bildirib.

“Dincəlməyə və diqqətinizi cəmləməyə çalışın. Dərin nəfəs və bunun kimi sadə texniki hərəkətlər rahatlanmağa, evdə qaldığınız müddətdə faydalı və intellektual işlərlə məşğul olmaq üçün köklənmənizə imkan verəcək”, - Oleq Salaqay sözlərini yekunlaşdırıb.скачать dle 11.3
Mojo.az Banner