Xırdalan sakini: “Avtobuslarda sərnişin sıxlığı ilə virusun yayılmasının qarşısını almaq çətindir” - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |     13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |     12:43 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB (VİDEO)  |     12:40 Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq  |     12:39 Bakıda evdə meyit tapılıb  |     12:36 Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO  |     12:35 Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib  |     12:34 Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var  |     12:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK  |     12:04 Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb  |     12:02 Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var  |     12:00 Azərbaycanda general vəfat etdi  |     11:59 Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb  |     11:58 Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb - FOTO  |     11:56 Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı  |     11:54 Suraxanı və Binə qəsəbəsi illər əvvəl - “Qızıl Fond”dan NADİR GÖRÜNTÜLƏR (VİDEO)  |     11:53 Cəlilabadda 30 yaşlı kişi taksi sürücüsünü bıçaqladı - TƏFƏRRÜAT  |    

Xırdalan sakini: “Avtobuslarda sərnişin sıxlığı ilə virusun yayılmasının qarşısını almaq çətindir” - FOTO

Xırdalan sakini avtobuslarda sərnişin sıxlığından narazıdır.

Bu barədə Oxu.Az-a Xırdalan sakinindən gələn şikayətdə qeyd olunub.

Vətəndaş iddia edir ki, paytaxtdan Xırdalan istiqamətində fəaliyyət göstərən 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda vəziyyət acınacaqlıdır:

“Ölkədə koronavirusla mübarizə çərçivəsində müvafiq qərarlar qəbul edilir. Təyin olunan qaydalara riayət olunması üçün aidiyyəti orqanlar tərəfindən tədbirlər görülür. Buna baxmayaraq, Bakı-Xırdalan istiqaməti üzrə fəaliyyət göstərən sərnişin avtobuslarında isə qaydalara əməl olunmur.

Hər gün işdən evə bu vəziyyətdə gəlirik. 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda hər səhər və axşam saat 17:00 - 18:00 arası vəziyyət acınacaqlıdır. İnsanlar öskürür, asqırır, ancaq yenə də maskalardan istifadə etmirlər.

Avtobus sürücüləri sərnişin yerlərinin sayından çox adam daşımağa meyillidir. Bu qədər sərnişin sıxlığı ilə xəstəliyin sürətlə yayılmasının qarşısını almaq çətindir. Xahiş edirik, məsələni ictimailəşdirəsiniz”.






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            961 28.03.20 19:04