Mojo.az Banner
23:01 Arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu  |     22:53 Xocalıda ayı həyətə girib, yeyib-içdi  |     22:52 Bakıdakı döyüşdə uduzan idmançı karyerasını bitirdi  |     22:36 ÇL-də mərhələ adlayan ilk 10 komanda  |     22:33 Rusiyalı tanınmış aparıcı həbs oluna bilər  |     21:30 Səlim Abbasovun evində yanğın oldu - VİDEO  |     21:22 İtkin kimi axtarılan şəxsin meyiti çaydan tapıldı  |     21:17 Slovakiyadan hansı məhsulları alırıq? - AÇIQLAMA  |     21:10 Kartla ödənişlərin payı 70 faizə yaxınlaşıb  |     21:05 Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı  |     20:56 Şəhid Xudayar Yusifzadənin doğum günüdür  |     20:51 Almaniyada su böhranı: Qaydaları pozanlara 50 min avroya qədər cərimə  |     20:44 Ofisiant işləmək istəyirdilər, soyğunçuluq etdilər  |     20:38 Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi izah  |     20:30 Sakinlərlə obyekt sahibi arasında qalmaqal: "Mən icazə vermirəm ağlamağa!" (Video)  |     20:25 Azərbaycanlıların olduğu daha bir gəmi vuruldu - Kapitan itkin düşdü  |     20:18 Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb  |     20:04 Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?  |     19:48 Qusarda çətənə kolları yetişdirən şəxs tutuldu  |     19:36 Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi  |    
Left Banner
Right Banner

Bakı şəhərinin icra hakimiyyətləri Fonda 500 min manat köçürdü

25.03.2020 14:30 3 673
Bakı şəhərinin icra hakimiyyətləri Fonda 500 min manat köçürdü
Bakı Şəhər İcra Hakimiyyətində keçirilən operativ müşavirədə paytaxtın Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayon icra hakimiyyətlərinin başçıları aparat kollektivlərinin Prezident İlham Əliyevin təşəbbüsünə qoşulmaq haqqında istəyini bildirərək, bir aylıq əməkhaqqı vəsaitlərinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsi təşəbbüsü ilə çıxış ediblər.

Təşəbbüs Bakı Şəhər İcra Hakimiyyəti Aparatı və eləcə də, paytaxt rayonlarının icra hakimiyyətləri tərəfindən fəal dəstəklənib.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna paytaxtın şəhər və rayon icra hakimiyyətləri Aparatlarının və paytaxt strukturlarının əməkdaşlarının bir aylıq əməkhaqqı həcmində, ümumilikdə 500 min manat vəsait köçürülüb.скачать dle 11.3
Mojo.az Banner