Mojo.az — elanlar
Son Xəbərlər
21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |     20:35 Milyonlarla insanın istifadə etdiyi fotonun ulduzuna bir də baxın  |     20:33 Çində 7 maqnitudalı zəlzələ olub  |     20:32 Ordubadın Dırnıs kəndindən sel keçib  |     20:08 Naxçıvanda vəzifəli şəxs həbs edildi  |     19:39 Bakıda yaşayış binasında uçqun  |     19:28 Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib  |     19:20 Dövlət agentliyi "Aztelekom"un internet tariflərini artırmaq təklifini rədd etdi  |     19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |    
Mojo.az Avto
Mojo.az Avto

Yer kürəsində maqnit qasırğası gözlənilir

20.07.2026 12:39 330
Yer kürəsində maqnit qasırğası gözlənilir
İyulun 22-də planetimizdə Yerdə G1 səviyyəli maqnit qasırğası gözlənilir.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının mütəxəssisləri məlumat veriblər.

Alimlərin hesablamalarına görə, qasırğa Yeri çərşənbə günü axşam saatlarında bürüyəcək, və onun ən pik həddi Bakı vaxtı ilə saat 19:00-da müşahidə olunacaq.

Qeyd edək ki, maqnit qasırğaları beşballıq şkala ilə (G1-dən G5-ə qədər) qiymətləndirilir, burada Kp indeksi planetin geomaqnit sahəsinin pozulma dərəcəsini əks etdirir. G1 (zəif) - Kp indeksi = 5, enerji şəbəkələrində cüzi nasazlıqlara və yüksək enliklərdə qütb parıltılarına səbəb ola bilər, G2 (orta) - Kp indeksi = 6, elektrik şəbəkələrində gərginlik dəyişmələri və kosmik aparatlara təsir mümkündür, G3 (güclü) - Kp indeksi = 7, qısadalğalı rabitədə fasilələrə və naviqasiya sistemlərində xətalara səbəb olur, G4 (çox güclü) - Kp indeksi = 8, gərginliklə bağlı genişmiqyaslı problemlərə səbəb olur və peyklər üçün orbit korreksiyası tələb edə bilər, G5 (ekstremal) - Kp indeksi = 9, enerji şəbəkələrinin ciddi dağılması, həmçinin uzun müddət yüksək tezlikli radio rabitəsinin tamamilə kəsilməsi mümkündür.//oxu.az

Son xəbərlər