Mehriban Əliyeva bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:51 Okeanlarda milyon illər əvvəl baş vermiş hadisə təkrarlana bilər?  |     20:45 Andrey Bədəlov pəncərədən yıxılaraq öldü  |     20:37 Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT (VİDEO)  |     20:30 Faktiki hava açıqlandı  |     20:22 İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri başa çatıb  |     20:17 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb  |     20:02 Azərbaycanda temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir  |     19:41 “Yay musiqi konserti”nin ziyarətçiləri xüsusi avtobuslarla daşınacaq  |     19:34 Tehran aeroportu müharibədən sonra ilk xarici uçuşu qəbul edib  |     19:34 "Moody’s" güclü ehtiyatlar və manatın sabitliyi fonunda Azərbaycanın reytinq tavanlarını yüksəldib  |     19:28 Azərbaycanda kirayə mənzil fonduna daha 359 mənzil əlavə olunub  |     19:21 Vəkillər Kollegiyasına üzv olmaq istəyən 421 nəfər üçün imtahan keçiriləcək  |     19:16 “Moody’s" Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə yüksəldib  |     19:11 "Atletiko"nun futbolçusu İspaniyanın başqa klubuna keçib  |     19:02 “Azərxalça”nın yığılmış zərəri 24 milyon manatı keçib  |     18:57 MM borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət verilməsi təklifini I oxunuşda qəbul edib  |     18:50 Sabah yağış yağacaq, külək güclənəcək - PROQNOZ  |     18:42 208 nəfər Kəlbəcər sakini itkin düşmüş kimi qeydiyyata alınıb  |     18:37 Ali Məhkəmə: Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər  |     18:30 Romada yanacaqdoldurma məntəqəsində partlayış olub, 21 nəfər yaralanıb  |    

Mehriban Əliyeva bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib - FOTO

Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Birinci vitse-prezidentin bununla bağlı müraciətində deyilir:


“Əziz həmvətənlər!

Ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirən bütün təşkilatlara, şirkətlərə, fiziki və hüquqi şəxslərə dərin minnətdarlığımı bildirirəm.

Bu, şübhəsiz ki, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda, xalqımızın birliyinin, həmrəyliyinin göstəricisidir. Sizin ölkəmizin üzləşdiyi bu problemə biganə yanaşmamağınız və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına qoşulmağınız çox yüksək qiymətə layiq addımdır və müasir Azərbaycan cəmiyyətində mərhəmət və şəfqət kimi hisslərin mövcudluğundan xəbər verir.

Azərbaycan vətəndaşının sağlamlığının qorunması naminə mən də bu təşəbbüsə qoşuluram və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edirəm.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirən hər kəsə bir daha təşəkkür edirəm və bütün həmvətənlərimizi həmrəylik, vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram.

Dərin hörmətlə,

MEHRİBAN”.

View this post on Instagram

Əziz həmvətənlər! ⠀ Ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirən bütün təşkilatlara, şirkətlərə, fiziki və hüquqi şəxslərə dərin minnətdarlığımı bildirirəm. ⠀ Bu, şübhəsiz ki, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda, xalqımızın birliyinin, həmrəyliyinin göstəricisidir. Sizin ölkəmizin üzləşdiyi bu problemə biganə yanaşmamağınız və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına qoşulmağınız çox yüksək qiymətə layiq addımdır və müasir Azərbaycan cəmiyyətində mərhəmət və şəfqət kimi hisslərin mövcudluğundan xəbər verir. ⠀ Azərbaycan vətəndaşının sağlamlığının qorunması naminə mən də bu təşəbbüsə qoşuluram və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edirəm. ⠀ Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirən hər kəsə bir daha təşəkkür edirəm və bütün həmvətənlərimizi həmrəylik, vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram. ⠀ Dərin hörmətlə, MEHRİBAN

A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) on



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 067 23.03.20 18:55