Bakıda avtomobillə qadını vuran sürücü hadisə yerindən yayınıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda avtomobillə qadını vuran sürücü hadisə yerindən yayınıb
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır kəllə-beyin travması alıb.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Mahmudova Heyran Vidadi qızı marketdən çıxarkən səkidə onu minik avtomobili vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb.

Qadın ağır kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Hazırda Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünün axtarışındadır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          595 25.02.20 22:21