Bakıda 57 yaşlı kişini öldürmək istədilər » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda 57 yaşlı kişini öldürmək istədilər
Xəzər rayonunun Türkan kənd sakini, 57 yaşlı İnqilab Məmmədov qarın və sinəsində çoxsaylı bıçaq yaraları ilə Bakı şəhər 3 nömrəli klinik xəstəxanaya gətirilib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Hələlik kişiyə hücumun fevralın 20-də, saat 17:50 radələrində baş verdiyi məlumdur. Hücum edən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib.

Zərərçəkmişin vəziyyəti ağır olduğu üçün hüquq-mühafizə orqanlarının əməkdaşları hələ onu sorğu-sual etməyiblər.

Cinayət hadisəsi rayon prokurorluğu tərəfindən araşdırılır.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          785 21.02.20 14:40