Azərbaycan “Avroviziya-2020” hazırlıqlarına start verdi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycan “Avroviziya-2020” hazırlıqlarına start verdi - VİDEO
Azərbaycan may ayının 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək 65-ci “Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsində 13-cü dəfə iştirak edəcək.

İctimai Televiziyanın (İTV) rəsmi “Facebook” hesabında “Avroviziya” müsabiqəsinə gedəcək müğənni seçiminə və mahnı qəbuluna start verildiyi barədə məlumat yerləşdirilib.

Azərbaycanı təmsil edəcək mahnının seçimləri fevralın 7-nə kimi davam edəcək. Avropa Yayım Birliyi (EBU) tərəfindən irəli sürülən qaydaya əsasən, müəlliflər “mp3” formatında üç dəqiqədən çox olmayan mahnıları İTV-yə təqdim etməlidirlər.

Bu il Azərbaycanın “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin nümayəndə heyətinin rəhbəri Leyla Quliyevadır.

Ötən illərdə olduğu kimi bu il də seçim turu İTV-də qapalı keçiriləcək. Azərbaycanı müsabiqədə təmsil edəcək namizədin kimliyi isə fevral ayında açıqlanacaq.
/oxu.az/

скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 366 22.01.20 16:19