Prezident Əli Nağıyevə yeni vəzifə verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 Rusiyada Araz Ağalarova qarşı icraat başladılıb  |     22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |    

Prezident Əli Nağıyevə yeni vəzifə verdi

Prezidentin “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2004-cü il 15 noyabr tarixli 519 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında” sərəncamında dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının tərkibi yeni redaksiyada verilib.

Komissiyanın sədri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi (Əli Nağıyev) təyin olunub.

Müdafiə nazirinin müavini, Daxili İşlər nazirinin müavini, Xarici İşlər nazirinin müavini, Ədliyyə nazirinin müavini, Səhiyyə nazirinin müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru (Xanlar Vəliyev), Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, Dövlət Miqrasiya Xidməti rəisinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri (Azay Quliyev), AZƏRTAC-ın İdarə Heyətinin sədri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Komissiyanın üzvləri olublar.

Komissiyanın katibi isə Dövlət Komissiyasının işçi qrupunun rəhbəridir. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 303 16.01.20 17:23