Milyarder özü ilə Aya aparmaq üçün sevgili axtarır: Müsabiqə keçirilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |     19:10 "Amazon"un təsisçisi 737 milyon dollarlıq səhm satıb  |    

Milyarder özü ilə Aya aparmaq üçün sevgili axtarır: Müsabiqə keçirilir

Ayın orbitinə səyahət edəcək ilk turist yapon milyarder Yusaku Maezavadır.
Amma o, bu səyahətə tək getmək istəmir, sevgilisini də özü ilə aparmağı planlaşdırır. Həmin sevgilini tapmaq məqsədilə də teleşou yaradır. O, verilişdə sevgilisini tapıb, onunla Ay ətrafına kosmik səyahət etmək niyyətindədir.

Bizimyol.info xəbər verir ki, milyarder bu barədə özünün “Twitter” hesabında yazıb. “Full Moon Lovers” adlı tele-layihənin saytında yapon milyarderin potensial sevgilisi olmaq üçün kriteriyalar da açıqlanıb. İştirakçıların yaşı 20-dən yuxarı olmalıdır. Paylaq şəxsiyyət, gülərüzlülük, həmişə nikbin olmaq olmaq da vacib şərtlərdəndir. Milyarder istəyir ki, rəqabətdə iştiraka qərar verənlər həm də kosmik səyahət həvəskarı olsun, bu cür ekspedisiyalarda iştirakdan qorxmasın.


Milyarder onun sevgilisi olmağa iddialı, seçmə mərhələni keçənlərlə bir neçə görüş keçirib, söhbətləşmək niyyətindədir. Yekun qərar - final isə martın sonuna nəzərdə tutulub.

Teleşounu “AbemaTV” yayımlayacaq.

44 yaşlı Maezava modelyer, “Zozo” onlayn paltar mağazasının yaradıcısıdır. “Forbes”in qiymətləndirməsinə görə, hazırda onun var-dövləti təxminən 2 milyard dollardır.

2018-ci ildə açıqlandı ki, Ayın orbitinə səyahət edəcək ilk turist məhz Maezava olacaq. Uçuşu “SpaceX” şirkəti təşkil edəcək.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 624 13.01.20 23:50