Argentina böhranla kompleks mübarizəyə başladı – Deputatların maaşı donduruldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |     17:38 Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”  |     17:26 Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib  |     17:15 COP29-la bağlı iki xəstəxana ayrılıb  |     17:00 Moskva-Orenburq reysi ilə uçan sərnişin təyyarəsi radarlardan itib  |     16:52 Bakı restoranında faciə  |    

Argentina böhranla kompleks mübarizəyə başladı – Deputatların maaşı donduruldu

Argentina Parlamentinin aşağı və yuxarı palatasının sədrləri cümə günü ölkədə iqtisadi böhrana görə deputatların maaşlarının yarım il müddətinə dondurulması haqqında qərar imzalayıblar.

TASS-ın məlumatına əsasən, bu barədə Deputatlar palatasının (aşağı palatanın) spikeri Serhio Maas bildirib.

“Fövqəladə vəziyyət (iqtisadi sahədə - red.) bütün sektorlardan fəaliyyət tələb edir. Buna görə də biz Deputatlar Palatasının və Senatın əməkdaşlarının və qanunvericilərin maaşlarını və ezamiyyət pullarını 180 gün müddətinə dondurmağa qərar verdik”, - deyə Maas özünün “Twitter” səhifəsində yazıb və məlumatı təsdiqləmək üçün imzalanmış qərarın şəklini əlavə edib.

Argentina artıq bir neçə ildir ki, iqtisadiyyatın artım templərini bərpa edə bilmir və ən yüksək inflyasiyalı ölkələr sırasındadır. Ötən həftə parlament iqtisadi sahədə fövqəladə vəziyyət haqqında qanun layihəsini təsdiqləyib. Bu layihə kommunal xidmətlərə görə tariflərin dondurulması, fərdi şəxslər üçün xarici valyutanın alınmasına 30% vergi tətbiq edilməsi, həmçinin ixrac rüsumlarının artırılması da daxil olmaqla kompleks tədbirlərin görülməsini nəzərdə tutur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 803 28.12.19 14:14