Tıxacda qalan hər sürücü dövlətə ildə min dollar ziyan vurur » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Tıxacda qalan hər sürücü dövlətə ildə min dollar ziyan vurur

Şəhər sakinləri ildə orta hesabla 54 saatlarını tıxacda sərf edirlər ki, bu da iqtisadiyyata ildə 179 milyard dollar ziyan vurur.

CNBC-nin məlumatına görə, Texas Nəqliyyat İnstitutu ABŞ iqtisadiyyatının tıxacdan illik itkisini hesablayarkən bu qənaətə gəlib.

Yeni araşdırmaya görə, tıxacdan yaranan maddi itkilər adambaşına ildə 1080 dollar (1.836 AZN) təşkil edir. Bundan əlavə, tıxaclar zamanı demək olar ki, 12,5 milyard litr yanacaq boş yerə sərf olunur.

Alimlər belə bir qənaətə gəliblər ki, qeyd olunan itkilərin çoxu fantom - obyektiv səbəb olmadan meydana gələn tıxac səbəbindən yaranır.

Fantom tıxaclar ümumilikdə ciddi ləngimələrə səbəb olmasa da, qəza riskini artırır, çünki sürücülər maşını qəfil saxlayırlar. Bundan əlavə, sıçrayış hərəkəti avtomobili zədələyir və yanacaq sərfiyyatını artırır.

Yeri gəlmişkən paytaxt Bakımızda da tıxacda qalma səbəbindən vaxt itkisinə məruz qalmayan insan yəqin ki, çox az tapılar. Şəxsi nəqliyyat vasitələrindən istifadə edənlər isə təkcə vaxt yox, həm də yanacaq sərfiyyatına görə maddi ziyana düşürlər.

Ekspertlərin fikrincə tıxacın sürücülərin cibinə vurduğu ziyanı hesablayan zaman təkcə yanacaq xərcini düşünmək doğru deyil. Praktik olaraq, əməkqabiliyyətli və işləyən insanlar tıxacda xeyli vaxt itirirlər. Vaxtın itirilməsi baxımından da tıxacda qalan sürücülər əlavə maddi ziyana məruz qalırlar. Əksər paytaxt sakinləri – xüsusən də sürücülər qət etdikləri məsafədən asılı olaraq, orta hesabla hər gün 1 saatdan çox tıxacda vaxt itirirlər. Bu isə hər bir işləyən vətəndaş üçün ay ərzində 100 manatdan artıq pul itirilməsinə gətirir. Bəzi hallarda məbləğ məsafədən və tıxacın müddətindən asılı olaraq arta bilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 122 26.12.19 23:10