Nikahdankənar azərbaycanlı övladı Rusiyanın xalq artistini məhkəməyə verir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Nikahdankənar azərbaycanlı övladı Rusiyanın xalq artistini məhkəməyə verir

Rusiyada yaşayan azərbaycanlı Timur Əkbərov atası olduğu iddia etdiyi Rusiyanın Xalq artisti Nikolay Tsiskaridzeni məhkəməyə verməyə hazırlaşır.

Bu barədə “Teleprogramma.pro” portalı məlumat yayıb.

“Mən atalığın müəyyən olunması ilə bağlı onu məhkəməyə verirəm. O, məni müalicə etməlidir. Hər kəs bacarır (ədəbsiz ifadə) və atsın. Qoy hər kəs əməli barədə düşünsün. Mənim xəstəliyim var, heç kimin isə vecinə deyil”, - deyə Timur bildirib.

Qeyd edək ki, Nikolay Tsiskaridze Rusiyada ən məşhur balet rəqqaslarından biridir. Bir çox həmkarları kimi, o da bütün həyatını səhnəyə həsr edib, buna görə həyat yoldaşı və övladı yoxdur.

Bir müddət əvvəl 19 yaşlı azərbaycanlı Timur Əkbərov sənətçinin qeyri-qanuni oğlu olduğunu söyləmişdi. Onun sözlərinə görə, balet ulduzu onu hələ də balaca vaxtı atıb.

Timur atası olduğu iddia etdiyi rəqqasla görüşə bilməyib. Dediyinə görə, xoreoqraf onu “qara siyahı”ya salıb.

Gənc, eyni zamanda atasına DNA testi ilə bağlı müraciət etdikdən sonra anasının onu evdən qovduğunu, bu səbəbdən daimi yaşayış yeri olmadığını deyib.

Hazırda Əkbərov tək qalıb. Hətta xəstə olduğunu öyrəndikdə belə, anası onunla barışmayıb. Onun sözlərinə görə, xəstəxanadan anasına zəng ediblər, lakin qadın dəstəyi asıb. O, bu səbəbdən qadının onun doğma anası olduğuna şübhə ilə yanaşdığını vurğulayıb, çünki ən çətin anında ona dəstək olmaqdan imtina edib.

Gəncin sözlərinə görə, ona xərçəng diaqnozu qoyulub. İndi müalicə üçün atasından kömək tələb etmək istəyir. O, hətta diaqnozun göstərildiyi sənədi də təqdim edib, lakin mütəxəssislər onun saxta olmadığına şübhə ilə yanaşırlar.

Timur təslim olmayacağını və Tsiskaridze ilə qohumluğunu sübut etməyə çalışacağını deyib.
скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 183 25.12.19 23:49