Azərbaycanda dəhşətli qəzada ölən Günay və Oksananın FOTOları » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |     20:59 Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq  |     20:50 Daşkəsəndə ev yanıb  |     20:46 Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırıb  |    

Azərbaycanda dəhşətli qəzada ölən Günay və Oksananın FOTOları

Bakı-Quba-Rusiya sərhədi yolunun 78-ci km-də ağır yol qəzasında ölən qadınların görüntüləri ortaya çıxıb.

Median.Az
istipress-ə istinadla xəbər verir ki, "KamAZ"markalı avtomobillə "VAZ 21014" markalı avtomaşının toqquşması nəticəsində sürücü Hümbət Savalanov və sərnişinləri-Günay Şakir qızı Savalanova, Oksana Gülağa qızı Əliyeva müxtəlif ağır xəsarət alıb. Onlar Siyəzən regional müalicə dioqnostika mərkəzinə çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq "Jiquli"nin sürücüsünün həyat yoldaşı, 26 yaşlı Günay Şakir qızı Savalanova və Xaçmazın Yeni həyat qəsəbə sakini, Oksana Gülağa qızı Əliyevanı xilas etmək mümkün olmayıb. Sürücü Hümbət Savalanovun da vəziyyətinin olduqca kritik olduğu deyilir.

Əldə etdiyimiz məlumata görə, ağır qəzaya "KamAZ" sürücüsü Rəhim Rəhimovun diqqətsizliyi səbəb olub. Belə ki, yük maşını yolun sağındakı kərpic zavoddan magistral yola çıxaraq dəmir çəpərdən keçməklə Bakı istiqamətinə dönmək istəyib. Bu zaman Bakı istiqamətindən gələn "Jiquli" arxadan ona çırpılıb.

Qəzada həlak olan qadınlar - Günay Savalanova və Oksana Əliyeva Xaçmaz şəhərindəki gözəllik salonlarının birində işləyirlərmiş.

Qeyd edək ki, bu, noyabr ayında Quba yolunda baş verən 2-ci ağır qəzadır. Noyabr ayında Siyəzən ərazisində "Mercedes"lə "Lada Kalina"nın toqquşması nəticəsində 4 nəfər ölmüşdü. Quba yolunun Xızı ərazisində piyada ölümü də noyabr ayında qeydə alınıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 284 19.11.19 19:16