Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə olunan aktyor Yalçın Səlimov yenidən səhnəyə qayıdıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:42 Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı  |     22:35 Aşıq Əhliman insult keçirib  |     22:28 Azərbaycanın Fransadakı səfirliyinə hücumun əsas iştirakçısının cəzası ağırlaşdırılıb  |     22:21 Rusiyada polisə rüşvət təklif edən azərbaycanlı 8 min manat cərimələndi  |     22:14 Natəvan Bayramova yeni vəzifəyə təyin olundu  |     21:48 Azərbaycan və Pakistan XİN rəhbərləri arasında telefon danışığı olub  |     21:23 Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var  |     21:14 Sabirabadda qadının doğuş zamanı ölümünün səbəbi açıqlandı  |     20:25 Ermənistanın keçmiş müdafiə naziri İstintaq Komitəsində dindirilir  |     20:20 Sabah Balakəndə 20 mindən artıq abonentin qazı kəsiləcək  |     20:11 Ağdamda lift və eskalator istehsalı müəssisəsi yaradılacaq  |     20:04 Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib  |     19:56 Sabah çimərliklərdə suyun temperaturu 24 dərəcəyədək yüksələcək  |     19:50 Sabah bəzi yerlərə yağış yağacaq  |     19:44 Argentinalı futbolçu "Liverpul"a keçə bilər  |     19:35 Qahirədə data mərkəzində baş verən yanğında 4 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb  |     19:25 Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib  |     19:18 Lənkəranda gənc sürücü yol qəzasında ölüb  |     19:10 Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb  |    

Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə olunan aktyor Yalçın Səlimov yenidən səhnəyə qayıdıb

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov yenidən səhnəyə qayıdıb.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yalçın Səlimov qaraciyər əməliyyatından sonra Abdulla Şaiqin “Qaraca qız” əsərində rol alaraq tamaşaçılar qarşısında çıxış edib.

Xatırladaq ki, aktyor bir neçə ay bundan öncə qaraciyər sirrozu diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Heydər Əliyev Fondunun dəstəyi ilə aktyora qaraciyər köçürülüb.

Qeyd edək ki, Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyorudur. O, bu müddət ərzində "Gəl qohum olaq", "Qarağaclar altında məhəbbət", "Cəhənnəm ekspresi", "Müsyö Jordan və dərviş Məstəli şah", "Qocanı Öldürməliyik", "Xilaskar" və sair tamaşalarda yadda qalan obrazlar yaradıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 650 13.11.19 23:42