Bakı polisindən mitinqə görə jurnalistlərə müraciət » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakı polisindən mitinqə görə jurnalistlərə müraciət
Aksiyada iştirak edəcək KİV nümayəndələri Mətbuat Şurasının təqdim etdiyi jurnalist gödəkçələrindən istifadə etməlidir.

Bunu mətbuata açıqlamasında Bakı Şəhər Baş Polis idarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, üzərində "press" yazılmış gödəkçələr jurnalistlərin təhlükəsizliyi və aksiya iştirakçılarından seçilməsi baxımından önəmlidir: "Jurnalist gödəkçələri vasitəsilə mətbuat nümayəndələri aksiya iştirakçılarından fərqlənirlər. Jurnalistlər aksiya iştirakçılarından seçilməlidir. Tövsiyyə olunur ki, mətbuat nümayəndələri aksiya zamanı həmin gödəkçələrdən istifadə etsinlər".

Qeyd edək ki, özünü Milli Şura adlandıran müxalif təşkilat noyabrın 2-də Bakıda qanunsuz aksiya keçirəcəyi bildirilir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          613 31.10.19 14:04