Prezident Cavad Zərifi qəbul edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Prezident Cavad Zərifi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin olduğunu qeyd edərək, əməkdaşlığımızın mövcud səviyyəsinin məmnunluq doğurduğunu vurğuladı.

Prezident İlham Əliyev ölkələrimiz arasında Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə İran arasında iqtisadi-ticari əlaqələrin inkişafında Hökumətlərarası birgə Komissiyanın rolunu qeyd etdi və Komissiyanın eyni tərkibdə bundan sonra da fəaliyyətini davam etdirəcəyini vurğuladı.

İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərif Prezident Həsən Ruhaninin səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Prezident Həsən Ruhaninin Qoşulmama Hərəkatının ölkəmizdə keçiriləcək XVIII Zirvə görüşündə iştirak etmək üçün yaxın günlərdə Azərbaycana səfər edəcəyini bildirərək səfər çərçivəsində dövlətimizin başçısı ilə görüşünün əlaqələrimizin daha da inkişafına töhfə verəcəyini dedi.

Cavad Zərif Qoşulmama Hərəkatının Bakı Zirvə görüşünün Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə etdi və 2019-2022-ci illərdə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi uğurla aparacağını dedi.

Prezident İlham Əliyev İran İslam Respublikası Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının İran Prezidentinə çatdırılmasını xahiş etdi və Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə görüşü çərçivəsində Prezident Həsən Ruhani ilə görüşünü məmnuniyyətlə gözlədiyini bildirdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            997 23.10.19 22:14