Gəlin rəfiqəsi ilə qayınanasının evində cinayət planı qurdu - TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Gəlin rəfiqəsi ilə qayınanasının evində cinayət planı qurdu - TƏFƏRRÜAT

İran İslam Respublikasından Azərbaycana külli miqdarda narkotik gətirməkdə ittiham olunan Biləsuvar rayon sakinləri - 1977-ci il təvəllüdlü Könül Həsənova və 1983-cü il təvəllüdlü Sevda Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
Teleqraf.com-a istinadən bildirir ki, Könül Həsənova İran vətəndaşı olan şəxsiyyətləri müəyyən edilməmiş şəxslərlə və 10 iyun 2018-ci il tarixdə, saat 14.30-da qayınanası Mənsurə Abbasovanın Biləsuvar şəhəri, H.Əliyev küçəsindəki yaşadığı evin həyətində olarkən Sevda Ağayeva ilə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Azərbaycana gətirmək barədə razılığa gəlib.

Sevda Ağayeva iyunun 10-da ona Könül Həsənovanın verəcəyi 5000 manat məbləğində pul müqabilində İrandan narkotik gətirmək üçün həmin ölkəyə gedib.

O, İrandan şəbəkənin digər üzvündən narkotik vasitə və "Tropikamid" adlı güclü təsir edən maddəni əldə edib. Həmin maddələri corabının alt hissəsinə yerləşdirib və üzərinə yapışqanlı lent sarıyıb.

Həmin gün saat 19.30-da Sevda Ağayeva Dövlət Gömrük Komitəsinin "Qoşa Təpə" gömrük postundan piyada keçid xəttindən keçib. O, gömrük nəzarətində saxlanılıb. Keçirilən əməliyyat nəticəsində Könül Həsənova da saxlanılıb.

İstintaq orqanı tərəfindən Könül Həsənova və Sevda Ağayevanın barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək) və 240.3.2-ci (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi və güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Könül Həsənova 3 il, Sevda Ağayeva isə 2 il 1 ay 18 gün müddətinə azadlıqdan məhrum edilib.

Sevda Ağayevanın himayəsində ən azyaşlı uşağı, 2011-ci ildə anadan olan qızının 14 yaşına çatana qədər ona təyin olunan cəzanı çəkməsi təxirə salınıb. O, məhkəmə zalından sərbəst buraxılıb.

Hökmdən narazı qalan Könül Həsənova apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv olunmasını, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Könül Həsənova qeyd edib ki, Sevda Ağayeva özünü müdafiə etmək məqsədilə onun əleyhinə ifadə verib.

Könül Həsənovanın şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, apelyasiya şikayəti qismən təmin edilib və Könül Həsənovanın barəsində olan hökm dəyişdirilib. Onun cəzası 2 ilə endirilib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 355 11.10.19 21:56