Qonşusunu bıçaqlayana hökm oxundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |     15:50 Rəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA  |     15:46 Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib  |     15:27 Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub  |     15:25 "TikTok" axtarış funksiyası üçün süni intellekti sınaqdan keçirir  |     15:24 Naxçıvanda yağış suları sinif otaqlarına doldu - VİDEO  |     15:23 Balakəndə qanunsuz tikili sökülüb - VİDEO  |     15:01 Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır  |     15:00 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər  |     14:59 Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar  |     14:56 Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI - FOTO  |     14:52 Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyanın həbs müddəti uzadılıb  |     13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |     13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |     13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |    

Qonşusunu bıçaqlayana hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirli bilinən Eyvazov Orxan Fərhad oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Orxan Eyvazov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Şəhər sakini Orxan Eyvazov qonşusu Şahin Quliyevi bıçaqlayıb. Onlar arasında mübahisə məhəllədə söyüş söyülməsinə görə olub. Məhkəmə istintaqında Şahin Quliyev onu bıçaqlayan qonşusunu bağışlayıb. Bundan əlavə Orxan Eyvazov həbs edilən zaman narkotik vasitədən istifadə etdiyi də məlum olub. Hökmdə onun barəsində narkomaniyadan məcburi müalicəyə göndərilməsi ilə bağlı qərar da çıxarılıb.

Onu da qeyd edək ki, Orxan Eyvazov polis əməldaşları tərəfindən saxlanılan zaman bıçaqla öz qarın boşluğunda xəsarətlər yetirib.
Onun daha əvvəl ciddi psixi problemləri olduğu və uzun müddət müalicə aldığı məlum olub.//ölkə.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 146 09.10.19 23:53