Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Makqreqor məhkəmə qarşısında cavab verməli olacaq

05.10.2019 13:58 3 997
Makqreqor məhkəmə qarşısında cavab verməli olacaq
İrlandiyalı qarışıq növlər üzrə (MMA) döyüşçü Konor Makqreqor hücumda ittihamla əlaqədar oktyabrın 11-də məhkəmə qarşısında dayanacaq.

Bu barədə “Independent.ie” yazır.

31 yaşlı idmançı cari ilin aprelində barda yaşlı adama hücuma görə cavab verməli olacaq. Makqreqor altı ay müddətinə azadlıqdan məhrum edilə və 1500 avro (2808 manat - Red.) məbləğində cərimələnə bilər.

Xatırladaq ki, avqust ayında sosial şəbəkələrdə barda quraşdırılmış müşahidə kamerasından çəkilmiş video yayılıb. Kadrlarda Makqreqor bara gələn adamlardan birinə hücum edir. Belə ki, kişi Makqreqorun “Proper Twelve” markalı viskisini içməkdən imtina etdikdən sonra döyüşçü özündən çıxır.

Makqreqor dəfələrlə qanunla problemlər yaşayıb. Belə ki, mart ayında idmançı onun şəklini çəkməyə çalışan fanatın telefonunu sındırıb. Tərəflər məsələni məhkəmədən kənar həll edə biliblər.

Qeyd edək ki, Makqreqor iki fərqli çəki kateqoriyasında UFC çempionudur. O, 21 dəfə qələbə çalıb, dörd dəfə məğlub olub.

Son xəbərlər