Mojo.az Banner
23:01 Xırdalan sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  |     22:54 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib  |     22:49 2 avtobusda gedişhaqqı artırıldı  |     22:43 "WhatsApp" "Meta" AI söhbətləri üçün gizli rejimi aktivləşdirdi (FOTO)  |     22:38 Məşhur şirkətlər süni intellektə görə minlərlə əməkdaşı ixtisar edir  |     22:30 Beyləqan Xəstəxanasında daha bir vəzifəli şəxs işdən çıxdı  |     22:25 Bu mənzillər ucuzlaşa BİLƏR  |     22:19 Səsboğucu hansı hallarda qanunidir? - Maşın həvəskarlarının DİQQƏTİNƏ - 150 MANAT CƏRİMƏ  |     22:12 İranla yeni müharibənin anonsu verildi  |     22:04 Vado Korovinin kürəkəni İŞDƏN ÇIXARILDI  |     21:59 Sosial şəbəkələrdəki bu reklamlarla bağlı - Xəbərdarlıq  |     21:51 İçərişəhər sakinlərinin sistemli uçotuna başlanıldı - İlk dəfə  |     21:44 Şuşadakı bu 3 bina sökülə bilər  |     21:39 May pensiyaları ödənildi  |     21:33 Qadın güləşçimiz Avropa çempionatında gümüş medal qazandı  |     21:25 Əcnəbilər Azərbaycanda yaşama icazələrini elektron qaydada alacaqlar  |     21:20 11 ildən sonra süni intellekt sayəsində 400 min dollarlıq "Bitcoin"ə çıxış əldə etdi  |     21:13 Bakıda taksilər avtobus zolaqlarından istifadə edə biləcəklər? - AÇIQLAMA  |     21:08 "Space"də islahatlar davam edir: Radionun direktoru da işdən çıxarıldı  |     21:00 Azərbaycanda ən çox tələb olunan 10 peşə: Orta əməkhaqqı nə qədərdir?  |    
Left Banner
Right Banner

"Qarabağ"ın oyununda təxribat törədən erməni görün kim imiş (FAKTLAR)

04.10.2019 17:14 2 894
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Lüksemburqda "Düdelanj"la qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.

Matçın 31-ci dəqiqəsində dron vasitəsilə stadiona Qondarma Dağlıq Qarabağ rejiminin bayrağı buraxılıb. Bundan sonra 20-25 dəqiqəlik fasilə yaranıb.

Sportal.az-ın araşdırmasına görə, məsuliyyəti "Ultra-qrup birinci Ermənistan cəbhəsi" üzərinə götürüb. Dəstənin Spartak ləqəbi ilə tanınan başçısı bu hadisəni reallaşdırıb.

Spartakın əsl adı Artur Zakaryandır. O, Azərbaycanın işğal altında olan Şuşa rayonundandır.

Spartak "Qarabağ"ın oyunlarında ilk dəfə təxribata əl atmır. Erməni azarkeş ötən mövsüm "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Londonda "Arsenal"la keçirilmiş matçda da təxribat törətmişdi.

O, 1993-cü ildə öldürülmüş terrorçu Monte Melkonyanın şəkli olan köynəkdə qondarma "Dağlıq Qarabağın" bayrağı ilə meydana çıxmışdı. Spartak 1993-cü ildə qətlə yetirilən terrorçunun ölümünə işarə vuraraq, 93-cü dəqiqədə meydana daxil olmuşdu.

Təxribata görə, onun "Arsenal"ın stadiona girişi ömürlük qadağandır.скачать dle 11.3
Mojo.az Banner