Lüksemburq klubu Azərbaycandan üzr istədi: Bu məsələni araşdıracağıq - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Lüksemburq klubu Azərbaycandan üzr istədi: Bu məsələni araşdıracağıq - FOTO
“Düdelanj” Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la matçda baş verən erməni təxribatına görə Ağdam klubundan üzr istəyib.

Klubun rəsmi “Twitter” hesabında üzrxahlıq edilərək bunlar yazılıb:

“Azərbaycanlı qonaqlardan üzr istəyirik. Bizim bu təxribatla heç bir əlaqəmiz yoxdur. Araşdıracağıq”.

Daha sonra klub bunun “Armenian Ultras“ fanatları tərəfindən edildiyini açıqlayıb.


Xatırladaq ki, matçın 31-ci dəqiqəsində separatçı Dağlıq Qarabağ rejiminin bayrağı dronla meydançanın üzərinə gətirildikdən sonra stadionda ara qarışıb və görüşdə 20 dəqiqəlik fasilə yaranıb.


/oxu.az/
скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 294 04.10.19 13:19