“Liverpul” ispaniyalı futbolçuya görə cəzalandırıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |     20:59 Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq  |     20:50 Daşkəsəndə ev yanıb  |     20:46 Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırıb  |     20:28 Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var  |     20:21 Həbsdə olan vəkil Sümbülə Əliyeva hakimə etiraz edib  |     20:13 Zaqatalada 32 yaşlı kişi intihar edib  |     20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |    

“Liverpul” ispaniyalı futbolçuya görə cəzalandırıldı

İngiltərə Futbol Liqası “Liverpul”u İngiltərə Liqa Kubokundan kənarlaşdırmayıb.

Mersisayd təmsilçisi 1/16 finalda “Milton Kinz Donz”la matçda reqlamentdə səhvə yol versə də, klubun turnirdə qalmasına qərar verilib.

Ancaq “Liverpul” 200 min funt sterlinq məbləğində cərimələnib. İngiltərə təmsilçisinə verilən məbləğin yarısı şərtidir və növbəti mövsüm hansısa qayda pozulacağı təqdirdə, klub onu ödəməli olacaq.

Qeyd edək ki, “Liverpul”un 2:0 hesabı ilə qalib gəldiyi sözügedən görüşdə iştirak hüququ olmayan 22 yaşlı Pedro Çirivelya çıxış edib. İspaniyalı futbolçunun beynəlxalq sənədləri qaydasında olmadığından, oynamaq hüququ yox imiş. Buna baxmayaraq, o, 63-cü dəqiqədə qvineyalı Nəbi Keytanın yerinə meydana daxil olub.

Bu isə o deməkdir ki, Liqa Kubokunun 1/8 finalında “Arsenal”ın rəqibi “Liverpul” olacaq. Bu görüş oktyabrın 30-da keçiriləcək.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 069 03.10.19 16:10