Elza Seyidcahandan yeni şeir: “Ərsiz arvadlar ağrıyır” » Median.Az - Bütün xəbərlər bir ünvanda


Elza Seyidcahandan yeni şeir: “Ərsiz arvadlar ağrıyır”
Qeyri-adi şeirləri ilə gündəmdən düşməyən müğənni-bəstəkar Elza Seyidcahandan yeni xəbər var.  

O, yeni şeirini ictimaiyyətlə paylaşıb.
 
Son şeirləri haqqında Modern.az-a danışan sənətçi bildirib ki, Baba Pünhanın "Yazıq insan” adlı şeirini səsləndirib və tənqidlərlə rastlaşıb.
 
"Ötən günlərdə "Var-yox” layihəsində Baba Pünhanın "Yazıq insan” şeirini səsləndirdim və bəziləri elə bildi ki, şeiri mən yazmışam. Şeir haqqında hər zaman olduğu kimi, bəziləri yenə çirkablı sözlərini əsirgəməyib. Şeir Baba Pünhana məxsus idi və nə deyiblərsə özlərinə qayıdır. Bu şeirə mən musiqi bəstələmişəm”.
 
Elza Seyidcahan bildirib ki, Instagram hesabında paylaşdığı son şeirlərindən birinə görə də çox təhqir olunub.
 
"Son paylaşdığım "Hər şeyin öz vaxtı var” şeirində Süleyman peyğəmbərin kəlamlarından istifadə olunub. Bu şeirə də çox təhqir yazıblar. Mənim ən son şeirim isə "Adamsız evlər” şeiridi”.

E.Seyidcahan şeiri Modern.az-ın redaksiyasına da göndərib.
 
Adamsız evlər
 
Elə bilirsən,
Səni məndən soruşmurlar?
Hanı o?
O, hanı?
Danışmıram,
Eşqimizin faydasıdır,
Susuram.
Elə adamları sevdim ki,
Səni sevdiyimdən betər.
Görürsən?
Heç yadıma düşmürlər,
Unuduram.
Gəlmirlər, getmirlər,
Öpmürlər, sevmirlər.
Sən də, elə. Öləcəksən dərdimdən.
Çıxacaqsan,
Yaddaşımın ruhundan,
Birdəfəlik.
İkidəfəlik olmur.
Sevgi olur birdəfəlik.
Gəldi, gördü, sevdi, oldu, bitdi.
Bitdi, oldu, bitdi.
Sən məni sevdin,
Mən səni seçdim.
Sən məni aldın.
Mən sənə verdim...
Könlümü verməsəydim,
Ömrüm getməliydi qəmə.
Gəlmişdim birdəfəlik,
Yar baxçasından sənə.
Xal yanaqlı, bal gəlini,
Fəda olan xar dəlini.
Əlində ətri qalan,
Qolunda boynu quruyan,
Yolunda başı əyilən,
Mən, mən, mən!
Yolda qalan gözlərim
Necə yatsın?
Dilimə hopan öpüşlərin
Gecə vaxtı,
Dodaqlarımızda susan pıçıltılara,
Cığır deyib.
Ürəyimizdə şişən sözlərimizi
Necə ovutsun?
Ay adamsız evlər,
Dərd çəkməyin siz.
Evsiz adamlar partdıyır
Adamsız evlər çartdıyır
Ərsiz arvadlar ağrıyır
Arvadsız ərlər sızlayır
Qardaşsız bacılar neyniyir?
Bacısız qardaşlar kef eliyir...
Bəs qardaşsız torpaq?
Ey dilsiz zamanlar,
Susuz amanlar.
Ey haqlı gümanlar
Haqsız umanlar.
Bu atamsız anam,
Anamsız yaman.
Düşməyəcəm yadına,
Düşməyəcəksən yadıma.
Gəlməyəcəksən yanıma,
Qaçmayacağam qucağına.
Qolların həsrət qalacaqsa əyər,
Bunun günahını axtarmağa məyər,
Ürəyini üzüb sızıldatmağa dəyər?
Həsrət səni əyər.
Baxma mənə.
Səni gözlərim məğlub
Edər.
Nə etsin bədənimiz?
Sözlər nə desin?
Möhtacdır onlar
Saf eşqimizin.
Cəhənnəm əzabıdır
Yolunu gözləmək,
Bizi yaratdı yenidən,
Güclü sevişmək.
Ömrünün dəyəri mənəm
Quyuda olan su tək
Ruhumun dəyəri sənsən
Evin dəyəri insan kimi.
Adamsız evlər qarıyır
Ərsiz arvadlar kimi.
Adamsız evlər quruyur,
Heyvansız meşələr kimi.
Çəkilir,
Suyu qurumuş çaylar kimi.
Sonudur,
Balıqsız dənizlər kimi.
Arısız pətəklər kimi.
Son beşiklər
Evdə qalsa,
Yurdda yatsa,
Ocağımıza köz atsa,
Evlər adamsız qalmasa,
Çırağımız sönməsə,
Qəbirlər ağlamasa,
Eşidin məni:
Evdən gedən, evə dönən,
Evdə yatan, evdə ölən,
Qalan...
Evdə qaçan adamlar...
Evdən adam iyi gələr,
Yağlı badam iyi gələr,
Evdən adam iyi gələr.


скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 930 02.10.19 18:25