Azərbaycanda maskalı şəxslər gəncin başını dizinə bağlayıb kanala atdılar - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Azərbaycanda maskalı şəxslər gəncin başını dizinə bağlayıb kanala atdılar - FOTO

Lənkəranda üç maskalı şəxs 20 yaşlı gənci döyüb.

Median.Az
-ın oxu.az-a istinadən xəbərinə görə, dünən 1999-cu il təvəllüdlü, Ləj kənd sakini Pərviz Cümşüd oğlu Köçəriyev mal-qaranı örüşdən gətirmək üçün gedib və evə qayıtmayıb.

Heyvanlar örüşdən qayıtsa da, Pərvizin evə gəlməməsi atası Cümşüd Köçəriyevi narahat edib və oğlunu axtarmaq üçün örüş sahəsinə yollanıb.

Həmin yerə çatdıqda isə Pərvizin gödəkçəsini tapıb və meşəyə oğlunu axtarmağa gedib. Ata oğlunu suötürücü kanalda, başı dizinə bağlı şəkildə tapıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım maşını gəlib və huşsuz vəziyyətdə olan gənc Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsində müalicə olunan gəncin kəllə-beyin travması aldığı bildirilir.

Sonradan huşu yerinə qayıdan Pərviz üç şəxsin onu döydüyünü deyib. Həmin şəxslərin üzündə maska olub.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq davam edir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 826 28.09.19 14:17