Ağ xalatlı qulyabanılar: Yunanıstanda uşaq alveri ilə məşğul olan cinayətkar şəbəkə ifşa olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |     20:59 Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq  |     20:50 Daşkəsəndə ev yanıb  |     20:46 Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırıb  |     20:28 Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var  |     20:21 Həbsdə olan vəkil Sümbülə Əliyeva hakimə etiraz edib  |     20:13 Zaqatalada 32 yaşlı kişi intihar edib  |     20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |    

Ağ xalatlı qulyabanılar: Yunanıstanda uşaq alveri ilə məşğul olan cinayətkar şəbəkə ifşa olundu

Yunanıstan polisi keçirdiyi iri miqyaslı əməliyyat nəticəsində uşaqların qanunsuz yolla övladlığa götürülməsi, surroqat anaların cəlb edilməsi, toxum hüceyrələrinin ticarəti ilə məşğul olan dəstə üzvlərini zərərsizləşdirib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Saloniki şəhərinin Təhlükəsizlik İdarəsinin rəhbəri, polis general-mayoru Antonios Tzitzis bildirib.

Salonikin müxtəlif rayonlarında keçirilmiş əməliyyatda təxminən 80 yerli polis və Avropol əməkdaşı iştirak edib.

Polis generalının bildirdiyinə görə, əməliyyatda 12 nəfər həbs edilib, 66 nəfər barəsində cinayət işi qaldırılıb. 22 uşaqın satın alınması faktı, həmçinin 24 qadından qanunsuz olaraq donor kimi istifadə olunması faktı aşkarlanıb.

Bu, polis tərəfindən aşkarlanmış uşaqların qanunsuz övladlığa verilməsi və toxum hüceyrələrinin ticarəti ilə məşğul olan ən böyük mütəşəkkil qruplaşmadır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 927 26.09.19 12:54