Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:03 Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir  |     16:41 Masazırda ƏMƏLİYYAT: Saxta spirtli içki hazırlayan dəstə ələ keçdi - FOTO/VİDEO  |     16:35 Rayonlarda leysan olacaq  |     16:19 Azərbaycanda bank kartlarında problem yarandı  |     16:08 Rusiya qoşunları daha iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     15:48 Erməni kilsəsi - daşnakların bütün bəlalarının mənbəyi - VİDEO  |     15:40 Peskov Putin və Paşinyanın görüşündən danışdı  |     15:28 ABŞ Çinə ChatGPT-yə girişə məhdudiyyət qoyur  |     15:22 Azərbaycan bəzi ölkələrdən quş ətinin idxalını bərpa edir  |     15:06 Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub  |     14:54 Ali Məhkəmədə sabiq general Mövlam Şıxəliyevin cinayət işi üzrə qərar qəbul olunub  |     14:41 Üç ildir axtarışda olan qadın həbs edildi  |     14:31 Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”  |     14:19 Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb - FOTO  |     14:08 Bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq  |     13:52 Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər  |     13:40 Bu hallarda kirayəyə ev verənləri cəza gözləyir - AÇIQLAMA (VİDEO)  |     13:20 Səs yazısı yayılan bağça müdiri ilə bağlı rəsmi açıqlama  |     13:17 Pensiya alanların NƏZƏRİNƏ: Ödənişlər edildi  |     13:15 Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb - YENİLƏNİB  |    

Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF

Son vaxtlar dünyanın bir çox ölkələrində iş saatlarının azaldılması mövzusu müzakirə edilir. Hətta ölkələrin bir neçəsində bu rejim artıq tətbiq olunur. Yeni Zelandiya, Böyük Britaniya və Yaponiyada da bir çox şirkət işçilərə həftədə üç gün istirahət verməyə başlayıb. Tətbiq olunan bu təcrübə faydalı iş əmsalının yüksəlməsinə gətirib çıxarıb.

Bu yaxınlarda Rusiyada belə dördgünlük iş həftəsinə keçmək məsələsi müzakirə olunub. Rusiyanın ombudsmanı Tatyana Moskalkova da irəli sürülən təklifi dəstəkləyib.

Azərbaycanda dördgünlük iş həftəsinə keçmək mümkündürmü?

Məsələ barədə Oxu.Az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, hazırda ölkəmiz üçün nə iqtisadi, nə də sosial baxımdan dördgünlük iş rejiminə keçmək aktual deyil:

“Aparılan monitorinqlər göstərir ki, əksər hallarda bir çox şirkətlərdə işçilər şənbə günü belə işləyirlər. Bu baxımdan, Azərbaycan üçün aktual məsələ beşgünlük iş rejiminə ciddi şəkildə əməl edilməsidir.

Bu sistemə nəzarət əsas şərtdir. Çünki həm özəl, həm də dövlət qurumlarında şənbə günü işləyənlərin sayı kifayət qədər çoxdur. Azərbaycanda ilk növbədə beşgünlük əmək rejiminin formalaşması və nəzarət edilməsi çox vacibdir.

İşçilərin iki günlük istirahət hüququ tanınmalıdır. Bununla bağlı monitorinqlər aparılmalıdır. İşçilər şənbə və bazar günü işlədiyi zaman əlavə ödəniş almalıdır. Amma çox vaxt bu ödənişlər yazılmır.

Hesab edirəm ki, dörd günlük iş rejimi Azərbaycan üçün hələlik tezdir. Hətta bununla bağlı qərar qəbul olunsa belə, onun icra olunması real deyil. Azərbaycan üçün digər ölkələrin, xüsusən bizim üçün yaxın olan Avropa dövlətlərində olan iş rejimi önəmlidir. Çünki Avropada beşgünlük iş rejimi olduğu halda, Azərbaycanda dördgünlük iş rejiminin tətbiqi bizim şirkətlərin fəaliyyətinə mənfi təsir göstərə bilər. Xüsusən Avropa şirkətləri ilə əməkdaşlıq edən qurumlar bundan əziyyət çəkə bilər”.

Vüqar Bayramov qeyd edib ki, probleminin həll olunması üçün ölkəmizdə həmkarlar ittifaqı yaradılmalıdır:

“Ümumiyyətlə, Azərbaycanda həmkarlar ittifaqı çox zəifdir. Bu zəiflik prosesə və qanunun tətbiqinə təsir edə bilmir. Hesab edirəm ki, müstəqil həmkarlar ittifaqlarının yaradılmasına mütləq şəkildə ehtiyac var. Güclü ittifaqlar olduğu zaman sahibkarlar işçinin istirahət hüququnu tanımaq məcburiyyətində qalacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 356 14.09.19 16:41