Mojo.az Banner
18:37 Gədəbəydə 2 yaşlı uşaq xəstəlikdən öldü  |     18:29 Bu ölkədə stasionar telefonlara maraq yenidən artır  |     18:26 Qubada kanalizasiya borusunun tutulması nəticəsində 10-a yaxın evi su basıb  |     18:23 Məhkəmə rusiyalı nazirin barəsində həbs qərarı verdi  |     18:10 Raket zərbələrindən sonra Təbrizdəki dağıntıların görüntüləri - Video  |     18:03 Bakıda daha bir kişi 16-cı mərtəbədən yıxılıb öldü  |     18:02 Qazaxıstan Rusiya ilə sərhəddəki keçid məntəqəsini bağladı  |     17:42 Qobustandakı qəza yolda sıxlıq yaratdı  |     17:40 Gözlənilən sel və daşqınla bağlı əhaliyə XƏBƏRDARLIQ  |     17:14 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     17:07 FIFA iki türk klubuna transfer qadağası qoydu  |     16:51 Həcc ziyarətinə sənəd qəbulu yenidən uzadıldı  |     16:49 Təl-Əvivdə hava həyəcanı siqnalı işə salındı, səmada partlayış səsləri eşidildi  |     16:45 Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb  |     16:30 Putin Dərbənddəki Azərbaycan Musiqili Dram Teatrının açılışında çıxış etdi  |     16:28 Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı olub  |     15:37 Sabunçuda evdən 6300 dollar oğurlandı - Saxlanılan var  |     15:09 Lənkəranda zəlzələ oldu  |     15:06 Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA  |     15:00 Kürdə köməksiz qalanlar bir ailənin üzvləri imiş - YENİLƏNİB  |    
Left Banner
Right Banner

Azərbaycanın vahid büdcə təsnifatı təsdiq edildi

15.10.2018 11:48 4 857
Azərbaycanın vahid büdcə təsnifatı təsdiq edildi
Azərbaycan Respublikasının büdcə gəlirlərinin və xərclərinin funksional, iqtisadi və inzibati təsnifatından ibarət vahid büdcə təsnifatı təsdiq edilib.

Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, icmal büdcə ilə əhatə olunan qurumlar vahid büdcə təsnifatının tətbiqinə 2020-ci il 1 yanvar tarixindən başlayır.

Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, icmal büdcə ilə əhatə olunan qurumlar 2020-ci ilin icmal və dövlət büdcəsi layihələri ilə bağlı 2019-cu ildə tərtib edəcəkləri sifarişlərini vahid büdcə təsnifatına əsasən Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Maliyyə Nazirliyi vahid büdcə təsnifatını Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara elektron və kağız daşıyıcılarda çatdırılmasını təmin etməli, bununla bağlı tələb oluna bilən xərclərin maliyyələşdirilməsi barədə təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməli, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara vahid büdcə təsnifatının tətbiqi ilə bağlı mütəmadi olaraq metodiki yardımların, təlimlərin və digər zəruri təlimatların göstərilməsini həyata keçirməli, büdcə ili ərzində təşkilatlar yaradıldığı, ləğv olunduğu və yenidən təşkil edildiyi təqdirdə, vahid büdcə təsnifatının “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nda müvafiq dəyişikliklərin aparılmasını həyata keçirməli, bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.скачать dle 11.3
Mojo.az Banner