Mojo.az Banner
17:14 Külək güclənəcək - XƏBƏRDARLIQ  |     16:56 Qəbələ xəstəxanasının sabiq işçisinə cinayət işi açıldı  |     16:38 Avtobusda vəfat edən həkim generalın qardaşı imiş - FOTO  |     16:33 Daha bir heyvan bazarının fəaliyyətinə icazə verildi - Video  |     16:26 Terror hücumunda yaralanan Vasif indi bu səfirlikdə işləyir  |     16:19 Bu ərazidə söküntü işlərinə başlanıldı – VİDEO  |     16:16 Niyaməddin Musayevin qızının işdən çıxarılmasına Təranə Qumraldan REAKSİYA  |     16:03 ÜST Nipah virusunun yayılma riskini qiymətləndirib  |     15:52 Avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanılıb  |     15:37 Bakıda avtobusda ölüm...  |     15:14 Məhkəmədən Əli Kərimli ilə bağlı qərar  |     15:09 Uşaqlara sosial şəbəkə qadağası - Necə tətbiq edilə bilər? - AÇIQLAMA  |     14:52 Təhqir iddiası ilə məhkəmə: Rəqsanə İsmayılovanı 6 aya qədər həbs gözləyə bilər  |     14:31 Pərvanə İsmayılova vəfat etdi  |     14:18 Yollar buz bağlayacaq  |     14:04 Bakıda film kimi cinayət: Lombarda qoyulan "iPhone"lar saxta çıxdı  |     13:57 Azərbaycanda insanlar ən çox bu xəstəlikdən ölür  |     13:51 Hakimin bıçaqlanan gəlininin vəziyyəti - Açıqlandı  |     13:43 Azərbaycana gətirilən qurudulmuş yemiş və halvalarda göbələk kifi aşkarlanıb  |     13:38 Gəncə və Şəmkirdə torpaq sahələrinin kateqoriyası dəyişdirilib  |    
Left Banner
Right Banner

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi

30.04.2021 17:17 2 187
İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Müqəddəs Pasxa bayramı münasibətilə sizi – Azərbaycanın bütün xristianlarını ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə və nümunəvi dövlət-din münasibətləri modelinə malik olan ölkəmizdə ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələri yüz illərdir ki, mehriban qonşuluq, dostluq və qardaşlıq mühitində vahid ailə kimi yaşayırlar. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Müasir dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımız, o cümlədən pravoslav xristianlar ölkədə gedən böyük quruculuq işlərində və respublikamızın sosial-mədəni həyatında fəal iştirak edirlər. Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında xristian həmvətənlərimizin xidmətlərini yüksək qiymətləndirirəm. İnanıram ki, onlar Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə qüvvələrini səfərbər edərək bundan sonra da əzmlə çalışacaqlar.

Pasxa bayramı paklığı, yeniliyi, dirçəlişi və xeyirxahlığı təcəssüm etdirir. Bu əziz gündə bir daha hər birinizə xoş bayram ovqatı, ailələrinizə əmin-amanlıq, xoşbəxtlik və rifah arzulayıram.

Bayramınız mübarək olsun!”скачать dle 11.3