Mojo.az Banner
22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |     21:07 Buğda kəskin bahalaşdı: Çörəyin qiyməti qalxacaq?  |     21:00 Bu klub ev oyunlarını Xankəndidə keçirəcək  |     20:54 Azərbaycanda yeni iş yerləri yaradılır: Kimlər işlə təmin olunacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəncə və Şəmkirdə torpaq sahələrinin kateqoriyası dəyişdirilib

27.01.2026 13:38 321
Gəncə və Şəmkirdə torpaq sahələrinin kateqoriyası dəyişdirilib
Azərbaycanda dövlət mülkiyyətində olan bəzi torpaq sahələrinin kateqoriyası dəyişdirilib.

Bununla bağlı Baş nazir Əli Əsədov "Qərb Sənaye Parkının yaradılması haqqında" Prezidentin 2026-cı il 15 yanvar tarixli 577 nömrəli Fərmanının icrasının təmin edilməsinə dair Sərəncam imzalayıb.

Sənədə əsasən, Gəncə Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi və İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, Qərb Sənaye Parkının fəaliyyəti üçün Gəncə şəhəri Yevlax şosesində yerləşən, "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsindəki dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 81.8 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edəcək və bu barədə Nazirlər Kabinetinə məlumat verəcək.

Həmçinin Prezidentin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın tələblərinə uyğun olaraq, Şəmkir rayonunun Könüllü kəndi ərazisində yerləşən, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 100 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir rayonu Könüllü Bələdiyyəsi aidiyyəti üzrə rəylərini və zəruri sənədləri bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edəcək.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner