Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Hakimin bıçaqlanan gəlininin vəziyyəti - Açıqlandı

27.01.2026 13:51 384
Hakimin bıçaqlanan gəlininin vəziyyəti - Açıqlandı
Həyat yoldaşı tərəfindən bıçaqlanan 27 yaşlı Şəfiqə Ələkbərovanın vəziyyəti hazırda ağırdır.

Bu barədə "Qafqazinfo”nun sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, yanvarın 25-i saat 20:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonundan təcili çağırış daxil olub: "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər qadın bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunan 1999-cu il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin edilib.

Pasiyentə dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda pasiyentin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir”.

Qeyd edək ki, Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu 34 yaşlı Emil Əliyev qısqanclıq zəminində həyat yoldaşına bıçaq xəsarəti yetirib. Daha sonra özünü binadan ataraq həyatına son qoyub.
скачать dle 11.3
Mojo.az Banner