Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda film kimi cinayət: Lombarda qoyulan "iPhone"lar saxta çıxdı

27.01.2026 14:04 396
Bakıda film kimi cinayət: Lombarda qoyulan
Bakının Xəzər rayonunda fəaliyyət göstərən "ED Lombard-2” lombard şirkətinin sahibi dələduzluğa məruz qalıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "ED Lombard-2” şirkətinə "iPhone 14 Pro”, "iPhone 15 Pro” və "iPhone 16 Pro” markalı telefonlar təqdim edilib. Bunun müqabilində şirkətdən 13 600 manat pul götürülüb. 

Sonradan məlum olub ki, təqdim edilən telefonlar saxtadır. Telefonların içinə yarasız batareyalar, dəmir qırıntları yerləşdirilib və orijinal formada qablaşdırılıb. "ED Lombard-2” şirkəti məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. 

Hadisədə şübhəli bilinən Toğrul Mehdiyev (şərti) saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 

Cinayət işinə Xəzər Rayon Məhkəməsində hakim Emin Rüstəmovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Toğrul Mehdiyev özünü verilmiş ittihamla qismən təqsirli bilib. O, qeyd edib ki, hadisədə əsasən başqa tanışları iştirak edib. Özü isə sadəcə sürücülük edib. 

Bununla belə, məhkəmə onu verilmiş ittihamla təqsirli bilib. Emin Rüstəmovun çıxardığı hökmlə Qabil Aslanova 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanılıdğı 1 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Son xəbərlər