Mojo.az Banner
17:26 Hikmət Hacıyev Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb  |     17:19 Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq  |     16:28 Kuryerin velosipedini oğurladı, "Kubinka"da icarəyə verdi  |     16:18 Azərbaycanda kitabxanalar bağlanır? - Nazirlikdən reaksiya  |     16:17 Poti-Bakı blok-qatarı yola salındı - Yükdaşıma sahəsində yenilik  |     16:14 Polis keçmiş məhkumdan dörd kiloqram narkotik vasitə aşkarladı  |     15:12 Məktəblərdə qış tətili başa çatır  |     14:54 Bu uşağın valideynləri axtarılır - Video  |     14:40 "Qurtuluş" Reabilitasiya Mərkəzində saxlanılanlar ailələrinə qaytarıldı  |     14:37 "Azərbaycanfilm" ləğv ediləcək?  |     14:36 Azərbaycan UEFA əmsallar cədvəlində irəliləyib  |     14:15 Sabah hava yağmursuz olacaq  |     14:08 Yaxın iki ildə yeni mənzillərin qiymətində hansı dəyişikliklər gözlənilir?  |     14:08 Bakıda iki nəfərin hamamda meyiti tapıldı  |     14:07 Gömrük Komitəsinin vəzifəli şəxslərinin məhkəməsi başlayıb  |     14:06 Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk və Zaporojye vilayətlərində iki yaşayış məntəqəsini nəzarətə götürüb  |     13:54 Baş idarə əməliyyat keçirdi: 34 kiloqramdan çox narkotik aşkarlandı - Video  |     13:50 Ölkəmizdə bir sıra klublarda çıxış etmiş iranlı futbolçu həbs olundu  |     13:43 KİV: Mask şirkətlərini birləşdirir  |     13:39 Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - Sürücülər qaydadan narazıdır (Video)  |    
Left Banner
Right Banner

Rusiyada azərbaycanlıların restoranına hücum edən ermənilərə hökm oxundu

25.02.2021 14:35 2 187
Rusiyada azərbaycanlıların restoranına hücum edən ermənilərə hökm oxundu
Moskvada azərbaycanlılara məxsus “1001 Gecə” restoranına edilən hücuma görə saxlanılan ermənilərə hökm oxunub.

Bu barədə “Kommersant” xəbər yayıb.

Bildirilir ki, hücumda iştirak edən Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Arqişt və Nareq Petrosyan, həmçinin Razmiq Saakyan Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə (bir qrup şəxs tərəfindən silah kimi istifadə olunan vasitələrdən istifadə edərək xuliqanlıq) təqsirli bilinərək Moskvanın Nikulinski Məhkəməsinin qərarı ilə cəzalarını ümumi rejim cəzaçəkmə müəssisələrində çəkməklə hər biri iki il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, hadisə 2020-ci ilin iyulunda baş verib. Belə ki, bıçaq və dəyənəklərlə silahlanan ermənilər restorana soxularaq, müəssisəni dağıtmağa başlayıblar. Bu zaman onları dayanmağa çalışan mühafizəçi yaralanıb.

Hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb, bunun sayəsində təcavüzkarların kimliyini müəyyənləşdirmək mümkün olub.скачать dle 11.3