Mojo.az Banner
14:11 Tərtərə qonaq gedən kişi arı sancmasından ÖLDÜ  |     14:01 Ucuz qiymətə mebel satışı adı altında dələduzluq edən şəxs SAXLANILDI - Video  |     13:59 FHN əməkdaşı iş başında öldü - FOTO  |     13:56 Bakıda İLGİNC CİNAYƏT: Gənc qız atasını talayıb gözəllik salonu açdı  |     13:55 Aeroport şosesində qəza baş verib, sıxlıq yaranıb  |     13:53 Azərbaycan nefti ucuzlaşıb  |     13:51 Şəkidə canavarlar kəndə HÜCUM EDİB: Təsərrüfatlara ciddi ziyan dəyib  |     13:50 Gəncədə qadın sürücünün avtomobili mopedlə toqquşdu: Kuryer ÖLDÜ  |     13:48 Filipp Kirkorov Alla Puqaçovanın saxta evliliklə bağlı fikirlərinə cavab verib  |     13:47 Rusiya aeroportlarında yeni qaydalar tətbiq olunub  |     13:39 Manatla bağlı dəyişiklik: Proses qiymətlərə necə təsir edəcək? - VİDEO  |     13:37 Bakıdan Təl-Əvivə uçuşlar bərpa edilir - Tarix açıqlandı  |     13:35 AZAL Dubaya uçuşları bərpa edir  |     13:33 Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI  |     13:11 Alyona Əliyeva Buta İncəsənət Mərkəzindən paylaşım edib - FOTO  |     23:02 Bu şəhərdə yeniyetmələr üçün komendant saatı tətbiq olundu  |     22:54 Epşteyn ölümündən əvvəl məktub yazıbmış  |     22:49 Sabah Bakıda 20 dərəcə isti olacaq  |     22:42 İrandan Azərbaycana 55 kq narkotik keçirmək istədilər  |     22:37 Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü  |    
Left Banner
Right Banner

DYP-dən sürücülərə xəbərdarlıq: 50 AZN cərimə...

30.01.2026 20:12 240
DYP-dən sürücülərə xəbərdarlıq: 50 AZN cərimə...
Bakı Şəhər Baş Polis İdarəsi sürücülərə xəbərdarlıq edib.
 
İdarədən  verilən məluamta görə, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq yollarda süni tıxac və ciddi narahatlıq yaradır.
 
Bildirilib ki, son dövrlərdə şəhər və magistral yollarda hərəkətin intensiv olduğu saatlarda nəqliyyat axınının qəfil dayanmasına səbəb olan əsas amillərdən biri sürücülərin texniki-təhlükəsizlik baxımından yararsız, yaxud vaxtında texniki qulluq göstərilməyən avtomobillərlə yola çıxmasıdır:
 
"Bu cür nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində qəfil dayanması nəticəsində zolaqlardan birinin tutulması baş verir ki, bu da xüsusilə şəhər yollarında uzunmüddətli tıxacların yaranmasına, digər sürücülərin haqlı narazılığına və yol hərəkəti təhlükəsizliyinin pozulmasına səbəb olur.
 
Aparılan müşahidələr göstərir ki, bəzi sürücülər avtomobillərində mövcud olan texniki nasazlıqlardan xəbərdar olduqları halda belə, bunun doğura biləcəyi fəsadları nəzərə almadan yola çıxırlar. Nəticədə yolun ortasında dayanan bir avtomobil yüzlərlə digər nəqliyyat vasitəsinin hərəkətinə maneə yaradır, sürücülərin vaxt itkisinə, əsəbi gərginliyə və qəza riskinin artmasına gətirib çıxarır.
 
Xüsusilə pik saatlarda, dar yol sahələrində, körpülərdə, tunellərdə və yol qovşaqlarında nasaz avtomobilin dayanması şəhərin nəqliyyat sistemində ciddi axsamalara səbəb olur. Bir zolağın tutulması ilə başlayan problem qısa müddətdə genişmiqyaslı tıxaclara çevrilir və minlərlə vətəndaşın gündəlik hərəkətinə mənfi təsir göstərir.
 
"Yol hərəkəti haqqında” Qanuna əsasən texniki nasazlığı olan nəqliyyat vasitələrinin istismarı qadağandır və İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən bu cür hallara görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.
 
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri nəqliyyat vasitələrinin texniki sazlığına daim nəzarət etməyə, nasazlıq aşkar edildiyi halda avtomobillə yola çıxmamağa və məsuliyyətli mövqe nümayiş etdirməyə çağırır. Unudulmamalıdır ki, yolda qalan nasaz avtomobil təkcə bir sürücünün problemi deyil, bütün yol hərəkəti iştirakçıları üçün əlavə risk və narahatlıq mənbəyidir".скачать dle 11.3
Mojo.az Banner