Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi |
Mojo.az Avto
Mojo.az Avto

NİİM sürücülərə müraciət edib

31.07.2024 11:29 849
NİİM sürücülərə müraciət edib
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Mərkəzdən verilən məlumata görə, iyun ayının əvvəlindən başlayaraq paytaxt yollarında hətta pik saatlarda sıxlıq azalıb:

"Yay tətili və əhalinin bir çoxunun məzuniyyətdə olması buna əsas səbəb kimi göstərilə bilər. Lakin müşahidə kameralarının görüntüləri əsasında aparılan təhlillər göstərir ki, günün müxtəlif saatlarında yol-nəqliyyat hadisələri baş verir, texniki nasaz nəqliyyat vasitələri yollarda qalır və bəzi sürücülər dayanma və durma qaydalarına əməl etmirlər.

Nəticədə nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə hələ də sıxlıq yaranır. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin nəzərinə çatdırır ki, qeyd olunan səbəblərdən yollarda sıxlığın yaranması həm özlərinin, həm də digər hərəkət iştirakçılarının vaxtında mənzil başına çatmamasına gətirib çıxarır. Sürücülərə yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətinə baxış keçirməyi və yol hərəkəti qaydalarına əməl etməyi tövsiyə edirik".

Son xəbərlər