Mojo.az Banner
23:00 Anasının adına açdığı hesabla qumar oynayıb 100 manat qazandı - 3 min cərimələndi  |     22:54 Bakının bu rayonlarında iş tapmaq asandır  |     22:47 Nəhənglərin mübarizəsi: "Google Gemini", yoxsa "Microsoft Copilot"?  |     22:41 Rusiyada əmək miqrantlarına iş yerlərini dəyişdirmək qadağan ediləcək  |     22:35 Azərbaycanda ölmək neçəyə başa gəlir? - Gizli biznes  |     22:30 Sənədsiz evlərlə bağlı AÇIQLAMA  |     22:22 Şəmkirdə dərədən 56 yaşlı kişinin meyiti tapıldı: Oğlu qətldə şübhəli bilinir  |     22:15 Bakıda məhkəmə sədrinin oğlu arvadını bıçaqlayıb özünü binadan atdı  |     22:07 Küçədə yaşayan ana və oğlu ilə bağlı qurumlar nəyi açıqladılar? (Video)  |     22:01 Nipah virusu pandemiyaya səbəb ola bilər?  |     21:54 Bu şəxslərə kommunal ödənişlərlə bağlı pul verilir - SİYAHI  |     21:46 Velosiped zolaqları ləğv oluna bilərmi? - AYNA-dan AÇIQLAMA  |     21:41 Azərbaycanda ən çox müavini olan icra başçısı odur – SİYAHI  |     21:33 Sağlam uzunömürlülük üçün üç əsas amili açıqlandı  |     21:32 ABŞ-də süni intellekt insanlar üçün yeni ölümcül virus yaratdı  |     21:26 Bəzi məktəblərdə BSQ-lərin cavabları əvvəlcədən yayılıb: BSQ yenidən təşkil edilə bilər  |     21:21 Ermənistan Azərbaycana rəsmi dəvət göndərəcək  |     21:13 Kamçatkada zəlzələ oldu  |     21:08 ABŞ Ermənistan vətəndaşlarını deportasiya etdi  |     21:00 Samir Bağırovun yeni imici - Video  |    
Left Banner
Right Banner

Söndürülmüş geolokasiya ilə smartfonu tapmağın yolları açıqlandı

27.01.2021 12:18 2 082
Söndürülmüş geolokasiya ilə smartfonu tapmağın yolları açıqlandı
Geolokasiya söndürüldükdə belə smartfonu tapmaq mümkündür.

“Praym”ın məlumatına görə, bu barədə Rusiyanın Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universitetinin İnformasiya Təhlükəsizliyi İntellektual Sistemləri kafedrasının dosenti Evgeny Kaşkin açıqlama verib.

Mütəxəssisin sözlərinə görə, bir neçə axtarış üsulu var.

“IOS və “Android” bazasında cihazlarda “Telefonu tap” funksiyası var. Onun köməyi ilə itmiş apparatın geolokasiyasını tapmaq olar”, - deyə o bildirib.

Kaşkin əlavə edib ki, elektron cihazın həqiqi coğrafi yerinin təyin edilməsi söndürüldükdə isə smartfonu SİM kartın köməyi ilə tapmaq olar. Məsələ burasındadır ki, o, avtomatik olaraq yaxınlıqdakı qülləyə qoşulur.

“Beləliklə, smartfon və mobil operatorun qülləsi arasındakı siqnalın səviyyəsinə dair məlumatlardan istifadə edərək abunəçinin yerini dəqiq müəyyənləşdirmək çətin olmayacaq”, - deyə ekspert əlavə edib.

Ancaq Kaşkin belə müəyyənləşdirmənin dəqiqliyinin az olduğunu bildirib. Bundan əlavə, yalnız provayder qülləyə qoşulma barədə məlumatlı olur və informasiyanı polisin sorğusu ilə təmin edə bilər.

Mütəxəssis smartfon itdiyi təqdirdə cihazın IMEI kodunu göstərməklə hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb.

“Oğurluq halında SIM kart dəyişdirilsə və telefonun geolokasiyası söndürülsə belə tapmaq mümkündür”, - deyə mütəxəssis vurğulayıb.

Smartfonu tapmağın başqa bir yolu da insanların sosial şəbəkələrdə istifadə etdikləri coğrafi etiketləri izləməkdir.скачать dle 11.3