Mojo.az Banner
21:18 Türkiyədə mədəndə uçqun baş verib, ölən və yaralananlar var  |     21:08 Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA  |     21:07 Heyvan satışı bazarının fəaliyyətinə icazə verildi - VİDEO  |     20:59 Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub  |     20:51 Krivoy Roqa dron hücumu: 6 ölü, 91 yaralı  |     20:48 Gəncədə 65 yaşlı kişi qətlə yetirildi  |     20:40 Bu rayonlarda subartezian quyuları təmir ediləcək - SİYAHI  |     20:39 Yunanıstan Azərbaycandan neft idxalını artırıb  |     20:28 TƏBİB-dən uşaqların peyvəndlənməsi ilə bağlı AÇIQLAMA  |     20:23 Bu şəhər yeni Dubaya çevrilə bilər: Dəbdəbəli istirahəti harada axtarmaq olar?  |     20:08 MİQ-in müsahibə mərhələsi başlayır - Bu tarixdə  |     20:06 Samuxda qarayara xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilir  |     19:57 Əli Baxışov Avropa çempionatında ikinci oldu  |     19:45 Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib  |     19:33 Bakıda sürücü idarəetməni itirdi: Avtomobil aşaraq tərsinə çevrildi - VİDEO  |     19:24 Bakının üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     19:14 Avropa ölkəsində uşaqlara PUA-dan istifadənin öyrədilməsinə başlandı  |     19:06 Reperin qətli müxalifəti yeraltına çəkdi - Afrika ölkəsində nə baş verir?  |     18:57 Azərbaycanda bu şəxslərin mənzilləri pulsuz TƏMİR OLUNACAQ  |     18:54 Vəzifəli şəxslər cərimələndi  |    
Left Banner
Right Banner

Bakıda məktəbdə karantin qaydalarının pozulması ilə bağlı iddiaya RƏSMİ MÜNASİBƏT

18.09.2020 17:46 2 542
Bakıda məktəbdə karantin qaydalarının pozulması ilə bağlı iddiaya RƏSMİ MÜNASİBƏT
Bir neçə gün əvvəl sosial şəbəkədə paytaxtın Suraxanı rayonunda yerləşən 278 saylı orta məktəbdə valideynlərin karantin qaydalarına riayət etmədiyinə dair foto paylaşılıb.

Vətəndaş iddia edir ki, rayonun Yeni Günəşli qəsəbəsində yerləşən 278 saylı orta məktəbin qarşısında və məktəbin həyətində karantin qaydalarına riayət edilmir. Fotoda isə yalnız məktəb ərazisindən kənarda sıxlıq olduğu görülür.

Bununla bağlı Bakı Şəhər Təhsil İdarəsinə müraciət etdik.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ilk dərs günü şagirdlərin məktəbdə qarşılanması və yerləşdirilməsi pandemiya şəraiti səbəbindən sıxlıq yaşanmadan, növbəli şəkildə həyata keçirilib. Övladlarını məktəbin giriş qapısından içəri ötürdükdən sonra valideynlərə məktəbin həyətyanı sahəsini tərk etmələri tövsiyə olunub.

Qeyd olunub ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Dövlət tərəfindən tətbiq olunan qaydalar təhsilverənlərin və təhsilalanların sağlamlığının qorunması və mövcud təhlükənin qarşısının maksimum dərəcədə alınmasına yönəlib. Bu baxımdan mövcud sanitar-epidemioloji vəziyyətdə yoluxma hallarının qarşısının alınması, sıxlığın yaranmaması məqsədilə ümumi təhsil müəssisələrinə kənar şəxslərin daxil olması məhdudlaşdırılıb. Bu tədbirlərə dəstək verilməsində ümumilikdə cəmiyyətin hər bir üzvünün məsuliyyət payı var.

Sorğuda da qeyd olunduğu və şəkillərdə də göründüyü kimi, sıxlıq məktəbin ərazisində yaşanmayıb. Onu da qeyd edək ki, məktəb rəhbərliyi yalnız məktəbin ərazisində müvafiq qaydaların tətbiqinə məsuldur.скачать dle 11.3
Mojo.az Banner