Heyvan satışı bazarının fəaliyyətinə icazə verildi - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarının baytarlıq-sanitariya vəziyyətinin qiymətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu məqsədlə Agentlik sədrinin müvafiq əmri ilə yaradılan komissiya tərəfindən heyvan bazarlarında aparılan yenidənqurma işlərinin mövcud tələblərə uyğunluğu yerində qiymətləndirilir.
Növbəti qiymətləndirmələr zamanı Cəlilabad rayonunun Təzəkənd kəndində yerləşən və fərdi sahibkar Dadaşov Eldar Dadaş oğluna məxsus bazar üzrə baytarlıq-sanitariya vəziyyəti araşdırılıb.
Aparılan qiymətləndirmələr zamanı bazarda heyvanların kliniki baxışının keçirilməsi, xəstəliyə şübhəli heyvanların ayrı saxlanılması, yüklənib-boşaldılması üçün rampaların, çəkilməsi və temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqların, həmçinin dezbaryerlərin yaradıldığı müəyyən edilib.
Qiymətləndirmələrin nəticələrinə əsasən, Cəlilabad rayonun Təzəkənd kəndində yerləşən heyvan bazarının fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilib.
AQTA tərəfindən heyvan bazarlarında baytarlıq-sanitariya tələblərinə əməl olunmasının təmin edilməsi, epizootoloji sabitliyin qorunması və heyvanların sağlamlığının mühafizəsi istiqamətində nəzarət tədbirləri davam etdiriləcək.
Qeyd edək ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Sabirabad, Xaçmaz, Ağdaş rayonlarında və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.