Mojo.az Banner
23:01 Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO  |     22:56 Universitetə qəbulda keçid balları qalxacaq - AÇIQLAMA  |     22:49 Xocavənddəki mina partlayışında yaralanan şəxsin vəziyyəti açıqlandı  |     22:44 Göyçayda minik avtomobili aşıb, üç nəfər xəsarət alıb  |     22:38 Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı  |     22:31 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və propan göndəriləcək  |     22:26 Semyon Slepakov qiyabi məhkum edildi: Cəzası açıqlandı  |     22:10 İnsanlar 100 yaşdan sonra niyə xərçəngə daha az tutulur? - Alimlər gözlənilməz cavab  |     22:04 Gəncədə boğularaq öldürülən qadının (Fotosu)  |     21:56 Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı sorğunun nəticələri açıqlandı  |     21:50 Terri Day­son vəfat edib  |     21:43 Azərbaycan millisi Andorra ilə qarşılaşacaq  |     21:36 Bakıda dəmiryolu stansiyasının yaxınlığında çürümüş meyit TAPILDI  |     21:27 Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO  |     21:18 Türkiyədə mədəndə uçqun baş verib, ölən və yaralananlar var  |     21:08 Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA  |     21:07 Heyvan satışı bazarının fəaliyyətinə icazə verildi - VİDEO  |     20:59 Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub  |     20:51 Krivoy Roqa dron hücumu: 6 ölü, 91 yaralı  |     20:48 Gəncədə 65 yaşlı kişi qətlə yetirildi  |    
Left Banner
Right Banner

Yunanıstan Azərbaycandan neft idxalını artırıb

21.08.2026 20:39 111
Yunanıstan Azərbaycandan neft idxalını artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Yunanıstana 182,8 milyon ABŞ dolları dəyərində 284,4 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 53,8 milyon ABŞ dolları və ya 41,7%, həcm baxımından isə 52 min ton və ya 22,4% çoxdur.

Komitənin məlumatına əsasən, ötən ilin yanvar-iyul aylarında Azərbaycandan Yunanıstana 232,4 min ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. Bu ixracın dəyəri isə 129 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Azərbaycan 8 milyard 32 milyon 904 min ABŞ dolları dəyərində 12 milyon 722 min 591 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 372,7 milyon ABŞ dolları və ya 4,9 faiz çox, həcm baxımından isə 1,7 milyon ton və ya 12,1 faiz azdır.

Qeyd edək ki, Azərbaycanda neft hasilatının sabit saxlanılması və uzunmüddətli perspektivdə artırılması istiqamətində bir sıra iri layihələr həyata keçirilir. Xüsusilə ölkənin əsas neft yataqlarının operatoru olan bp hasilatın səmərəliliyinin artırılması üçün yeni investisiya proqramlarını icra edir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun sözlərinə görə, şirkət Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda fəaliyyətini genişləndirməyə davam edir. O bildirib ki, AÇG-də hasilatın uzunmüddətli saxlanılması məqsədilə yeni quyular qazılır, mövcud infrastruktur modernləşdirilir və innovativ texnologiyalar tətbiq olunur.

"Biz AÇG-də uzunmüddətli hasilatın təmin olunması üçün investisiyalarımızı davam etdiririk. Yeni quyuların qazılması, platformaların etibarlı fəaliyyətinin təmin edilməsi və texnoloji yeniliklərin tətbiqi bu strategiyanın əsas istiqamətləridir", - deyə bp rəsmisi bildirib.

Şirkət həmçinin "Şəfəq-Asiman" perspektiv strukturunda qiymətləndirmə işlərini, eləcə də Qarabağ yatağının işlənməsi layihəsini davam etdirir. Bununla yanaşı, bp Xəzər dənizində yeni geoloji strukturların öyrənilməsi və əlavə karbohidrogen ehtiyatlarının aşkar olunması istiqamətində fəaliyyətini genişləndirir.

BP vurğulayır ki, yeni layihələr yalnız mövcud hasilatın təbii azalmasının kompensasiya edilməsinə deyil, həm də Azərbaycanın enerji ixracı potensialının uzunmüddətli perspektivdə qorunub saxlanmasına xidmət edir. Şirkətin həyata keçirdiyi investisiya proqramları ölkənin neft-qaz sektorunda dayanıqlı inkişafın təmin olunması və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.скачать dle 11.3
Mojo.az Banner