Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Samuxda qarayara xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilir

21.08.2026 20:06 303
Samuxda qarayara xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilir
Samux rayonunda yerləşən heyvandarlıq təsərrüfatında qarayara xəstəliyinə şübhəli halın qeydə alınması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən əraziyə baytarlıq mütəxəssisləri cəlb olunub, təsərrüfatda epizootoloji araşdırma aparılıb. Qarayara xəstəliyinin aşkarlanması ilə əlaqədar ərazidə baytarlıq-sanitariya və profilaktik tədbirlər həyata keçirilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, heyvanlar kliniki müayinə edilib, zəruri baytarlıq-sanitariya və profilaktik tədbirlər həyata keçirilib. Agentlik tərəfindən xəstəliyin yayılma riskinin qarşısının alınması məqsədilə təsərrüfatın girişində dezobaryer qurulub, giriş-çıxış, eləcə də heyvanların kənar şəxslərlə təması məhdudlaşdırılıb, xəstəliyə şübhəli heyvanlar təcrid edilərək müvafiq müalicəyə cəlb edilib. Həmçinin aidiyyəti dövlət qurumları ilə birgə təsərrüfata gedən yolda dezinfeksiya işləri həyata keçirilib.

Rayon ərazisində dezinfeksiya işləri aparılıb.

Mümkün risklərin qarşısının alınması məqsədilə xəstəlik hadisəsinin qeydə alındığı əraziyə yaxın yaşayış məntəqəsində epizootoloji vəziyyət qiymətləndirilib, iri və xırdabuynuzlu heyvanlar kliniki müayinədən keçirilib və seçmə üsulla termometriya aparılıb. Xəstəlik riski nəzərə alınaraq ərazidə heyvanların qarayara xəstəliyinə qarşı peyvəndlənməsi təşkil edilib.

Hazırda xəstəlik hadisəsinin qeydə alındığı təsərrüfatda saxlanılan digər heyvanlar baytarlıq mütəxəssislərinin gündəlik müşahidəsi altındadır. Heyvanlarda gündəlik termometriya aparılır, yemlənməsinə və ümumi kliniki vəziyyətinə nəzarət edilir. Heyvanların ümumi vəziyyəti qənaətbəxşdir.

Məlumat üçün bildiririk ki, qarayara torpaq mənşəli infeksiya olmaqla, törədicinin sporları ətraf mühitdə uzun müddət qala və heyvanlar əsasən çirklənmiş torpaq, yem və su vasitəsilə, eləcə də zədələnmiş dəri və selikli qişalardan yoluxa bilər; bu baxımdan belə halların baş verməsi infeksiyanın mütləq kənardan gətirilməsi anlamına gəlmir. Müvafiq baytarlıq-sanitariya, biotəhlükəsizlik və gigiyena qaydalarına düzgün əməl edildikdə, xəstəliyin yayılma və insanlar və heyvanlar üçün əlavə yoluxma riski minimuma endirilir.

Bildiririk ki, Samux rayonu ərazisində epizootik vəziyyət sabitdir. Xəstəlik hadisəsinin qeydə alındığı təsərrüfatda və yaxın ərazilərdə heyvanların sağlamlıq vəziyyəti Agentlik tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır.

Son xəbərlər