Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib
Bu gün Bakıda startı veriləcək qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunları ilə bağlı açılış mərasimi keçirilib.
Milli Gimnastika Arenasındakı mərasim şou proqramla başlayıb. Daha sonra bu gün, saat 19:00-da başlayacaq açılış matçında qarşılaşacaq Azərbaycan və Portuqaliyanın bayraqları meydançaya gətirilib, ardınca hər iki ölkənin himnləri səsləndirilib.
Bakıdakı oyunlar avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq. Sentyabrın 6-na qədər davam edəcək AVRO-2026 Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə keçirilir. Faiq Qarayevin baş məşqçi olduğu Azərbaycan komandası C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq. Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar pley-offa yüksələcək./Report