İstirahət gününün havası: Külək, yağış, şimşək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Alimlər vəba xəstəliyinin qədim zamanlarda yayılmasının əsil səbəbini tapdı  |     22:41 Çay evində tanış oldu, oteldə pullarını oğurladı  |     22:34 Elmdə inqilabi addım: Nitqini itirmiş insanın fikirlərini deşifrə etməyin yolu tapıldı  |     22:26 Sağlamlıq haqqında arayış 50 manatdır?  |     22:21 Daha bir cüdoçumuz dünya çempionu oldu  |     22:17 Bir günə 205 uşaq "qətli" - Sosioloq qorxunc səbəbləri açıqlayır  |     22:11 Deputata məxsus olduğu deyilən MMC hansı qaydaları pozub? - Cərimə oluna bilər  |     22:03 Şəki Xan Sarayının bərpasına başlanılacaq  |     21:59 Salyanda sürət yarışı təşkil edib, "TikTok"da paylaşdılar (VİDEO)  |     21:48 "Sumqayıt"ın futbolçularından maraqlı rəqs (VİDEO)  |     21:42 Cəlilabadda 11 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb  |     21:34 Kolumbiya Fələstində səfirlik açacaq  |     21:29 Qiymətlərə təsir edən əsas amillər müəyyənləşdirilib  |     21:21 “Lamborghini” “uçan” kapotlara görə minlərlə avtomobili geri çağırır  |     21:15 Dələduzluq yolu ilə hesabına pul ödətdirən şəxs saxlanıldı  |     21:03 69 ilin "Mercedes"i hərraca çıxarılır  |     20:57 Azərbaycanda elektromobillərin istehsalı ilə bağlı layihələr gözlənilir  |     20:50 Gürcüstanın Baş naziri avrokomissarın onu təhdid etdiyini deyib  |     20:46 Əməkdar jurnalist 91 yaşında vəfat edib - FOTO  |     20:38 Avropa çempionu "Yuventus"a qayıdır  |    

İstirahət gününün havası: Külək, yağış, şimşək

Azərbaycan ərazisindı iyunun 28-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 25-28, Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal- şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti təşkil edəcək.

İyunun 28-da Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı şimal və qərb rayonlarında lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz əksər rayonlarda hava yağmursuz keçəcək, şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 715 27.06.20 14:44