Qiymətlərə təsir edən əsas amillər müəyyənləşdirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |     14:04 Əməkdar artist Almaz Mustafayevanın anım günüdür  |     13:36 Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - SABAHIN HAVASI  |     13:30 Kolumbiyada güclü zəlzələ baş verdi  |     13:11 Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın da cəsədi tapıldı (YENİLƏNİB)  |     12:55 Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək  |     12:43 "Embraer": "AZAL-ın qəzaya uğrayan təyyarəsinin göyərtəsində defekt aşkar edilməyib"  |     12:35 Müsəlman Ağsaqqalları Şurası təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib  |     12:19 Rusiyada yüksəkrütbəli hərbçilərə qarşı sui-qəsd cəhdlərinin qarşısı alınıb  |     12:10 Bakıdakı şadlıq saraylarında toylar DAYANDIRILIB  |     12:09 Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub  |     12:04 Təyyarə qəzasında həlak olan Cəlilabad sakininin kimliyi müəyyən olundu  |    

Qiymətlərə təsir edən əsas amillər müəyyənləşdirilib

Qiymət artımında qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsullarının rolunun olmayıb.

APA xəbər verir ki, bu barədə “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

Bildirilib ki, qlobal miqyasda, o cümlədən əsas xarici ticarət tərəfdaşlarında ikirəqəmli inflyasiyanın birrəqəmli inflyasiya ilə əvəzlənməsi ölkə daxilində qiymət artımının zəifləməsinə öz töhfəsini verib, manatın nominal effektiv məzənnəsi qiymət artımını azaldan əsas amillərdən olub. 2023-cü ildə istehlak qiymətləri indeksi əvvəlki ilə nisbətən 8,8% artıb ki, bu da yenidən baxılma zamanı proqnozlaşdırılmış göstəricidən 1,6 faiz bəndi, 2023-cü il üzrə dəqiqləşdirilmiş göstəricidən isə 0,7 faiz bəndi azdır. Əvvəlki illə müqayisədə orta illik inflyasiyada zəifləmə müşahidə edilib, bu, həm idxal olunan mallar üzrə qiymət artımının zəifləməsi, həm də əvvəlki illərdə qeydə alınan yüksək qiymət artımının təsirinin aradan qalxması ilə əlaqəli olub.

Baxılan dövrün 5 ayında deflyasiya qeydə alınıb, aylıq ifadədə maksimum bahalaşma 1,5% olub. Mal və xidmətlərin qiymətləri il ərzində hər ay orta hesabla 0,2% (əvvəlki ildə analoji göstərici 1,1%) yüksəlib. İstehlak səbətinin bütün qrupları üzrə birrəqəmli artım izlənib.

Xatırladaq ki, Hesablama Palatasının 2024-cü il dövlət büdcəsinin layihəsinə Rəyində 2023-cü ilin sonuna faktiki inflyasiyanın təqdim olunan inflyasiya gözləntisi ətrafında olacağı şərh edilmişdi. Bazis inflyasiyası 2023-cü ildə orta illik ifadədə 8,8% olub ki, bu da qiymət artımında qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsullarının rolunun olmadığını göstərir. Baxılan dövrdə istehsalçı qiymət indekslərinin də artım tempinin zəifləməsi müşahidə edilib. Belə ki, orta illik qiymət artımı idxal olunan məhsullar üzrə 16,7%-ə (ötən il 22,2%), kənd təsərrüfatı məhsulları üzrə 8,1%-ə (ötən il 15,9%), poçt və kuryer xidmətləri üzrə 1,1%-ə (ötən il 50,7%) enib. Əsas ticarət tərəfdaşlarının inflyasiya göstəricilərinin təhlili hesabat ilində bu ölkələrdə dəbahalaşma templərində azalmanın qeydə alındığını göstərib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            444 23.05.24 21:29