Dələduzluq yolu ilə hesabına pul ödətdirən şəxs saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda paytaxt sakini olan 3 nəfəri aldadaraq hesabına 450 manat, 700 manat və 800 manat olmaqla ümumilikdə 1950 manat pul ödətdirməkdə şübhəli bilinən, 2001-ci il təvəllüdlü Kəlbihüseyn Abuşov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.