“Keşikçidağ” məsələsi rəsmi səviyyədə müzakirə olunacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:26 Sağlamlıq haqqında arayış 50 manatdır?  |     22:21 Daha bir cüdoçumuz dünya çempionu oldu  |     22:17 Bir günə 205 uşaq "qətli" - Sosioloq qorxunc səbəbləri açıqlayır  |     22:11 Deputata məxsus olduğu deyilən MMC hansı qaydaları pozub? - Cərimə oluna bilər  |     22:03 Şəki Xan Sarayının bərpasına başlanılacaq  |     21:59 Salyanda sürət yarışı təşkil edib, "TikTok"da paylaşdılar (VİDEO)  |     21:48 "Sumqayıt"ın futbolçularından maraqlı rəqs (VİDEO)  |     21:42 Cəlilabadda 11 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb  |     21:34 Kolumbiya Fələstində səfirlik açacaq  |     21:29 Qiymətlərə təsir edən əsas amillər müəyyənləşdirilib  |     21:21 “Lamborghini” “uçan” kapotlara görə minlərlə avtomobili geri çağırır  |     21:15 Dələduzluq yolu ilə hesabına pul ödətdirən şəxs saxlanıldı  |     21:03 69 ilin "Mercedes"i hərraca çıxarılır  |     20:57 Azərbaycanda elektromobillərin istehsalı ilə bağlı layihələr gözlənilir  |     20:50 Gürcüstanın Baş naziri avrokomissarın onu təhdid etdiyini deyib  |     20:46 Əməkdar jurnalist 91 yaşında vəfat edib - FOTO  |     20:38 Avropa çempionu "Yuventus"a qayıdır  |     20:33 Təhsilverənlərin etik davranış prinsipləri müəyyənləşib  |     20:25 Şəki Xan Sarayının bərpa edilməsi ilə bağlı mütəxəssislərlə iş aparılır  |     20:19 Sabah Bakıda 26, rayonlarda 23 dərəcə isti olacaq  |    

“Keşikçidağ” məsələsi rəsmi səviyyədə müzakirə olunacaq

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Keşikçidağ” tarixi-mədəniyyət abidəsi ilə bağlı təxribat xarakterli bəyanatlar verilir. Sərhəd dövlət məsələsidir və bu məsələ dövlətlərarası danışıqlar çərçivəsində həll edilməlidir.

Bunu Xarici işlər nazirin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstanla dövlət sərhədinin delimitasiyası ilə 1996-cı ildən məşğul olunur:

“Bu dövr ərzində daim danışıqlar aparılıb. Gürcüstanla sərhədin üçdə iki hissəsi delimitasiya edilib, üçdə bir hissəsində isə hələlik delimitasiya prosesi başa çatmayıb. Bu, böyük iş tələb edir. Danışıqlar davam etdirilir. Bu məsələlər ictimai müzakirə məsələləri deyil. Məsələ dövlətlərarası xarakter daşıyan ciddi məsələlərdir. Belə məsələlər kiminsə tarixi, yaxud dini fikir söyləməsindən asılı deyil. Məsələ ancaq hüquqi müstəvidə çözülə bilər”.

“Azərbaycan və Gürcüstan 100 ildən artıqdır ki, bu sərhədlər çərçivəsində yaşayırlar. Sovet vaxtında da, SSRİ dağılandan da sonra da bu sərhədlər çərçivəsində yaşamışıq. Təbii ki, bu sərhədlərin mövcudluğu barədə müvafiq hüquqi sənədlər var. Ona görə də mən bir daha bildirirəm ki, belə məsələlər hüquqi müstəvidə, danışıqlar yolu ilə həll ediləcək.

Bundan əlavə, tarixən Gürcüstan və Azərbaycan xalqları arasında qarşılıqlı dostluq, qonşuluq münasibətləri mövcuddur”, - deyə nazir müavini qeyd edib.

X.Xələfov qeyd edib ki, Azərbaycan və Gürcüstan dövlətlərini strateji partnyorluq münasibətləri birləşdirir:

“Hər iki dövlətin iştirakı ilə beynəlxalq əhəmiyyətli, strateji əhəmiyyət kəsb edən işlər görülüb. Biz bu gün də bu layihələrin üzərində işləyirik. Səslənən müxtəlif bəyanatlar hər iki dövlətin maraqlarına uyğun deyil. Hər iki xalqın marağına ziddir. Belə söhbətlər məsələnin həllinə xidmət edə bilməz.

Azərbaycan və Gürcüstan arasında olan dövlətlərarası münasibətlərin potensialı imkan verir ki, biz bu məsələni hüquqi müstəvidə həll edək. Azərbaycan və Gürcüstanın Xarici işlər nazir müavinləri səviyyəsində gələn həftə görüş keçiriləcək. Aparılan məsləhətləşmələr nəticəsində komissiyanın növbəti iclasının vaxtı müəyyən olunacaq”.

//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 668 10.05.19 18:27