Sabah Bakıda 26, rayonlarda 23 dərəcə isti olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bakıda məktəbin həyətində qızla görüşən oğlanlara hücum etdilər  |     22:52 Qubada sel Qusarçayın sahilini yuydu, yol çökdü  |     22:43 Yeni güclü maqnit qasırğası XƏBƏRDARLIĞI  |     22:35 Biləsuvarın 5 kəndində yararsız elektrik xətləri yenilənəcək  |     22:27 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində kadr dəyişikliyi olub  |     22:20 Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək: 300-dən çox şəxs iştirak edəcək  |     22:11 Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     21:55 Netanyahu İsrailin müharibəni nə vaxt bitirəcəyini AÇIQLADI  |     21:47 Təhsil üzrə ekspertlər ixtisas seçimi ilə bağlı sualları cavablandırdılar  |     21:34 "Mançester Yunayted"in sabiq ulduzu "Neftçi"nin baş məşqçi postuna gətirilir  |     21:23 Universitetlərə qəbul planı artırılıb  |     21:19 Şimali Makedoniya hökumətinin tərkibinə ilk dəfə serb təmsilçisi daxil oldu  |     21:08 İş yoldaşını yuxuda tez-tez gördüyündən falçıya üz tutdu - Başına iş gəldi  |     21:02 "Avromed"in keçmiş satış müvəkkili məhkəmə qarşısında - Nədə ittiham olunur?  |     20:56 Azərbaycanda 5 bağlanmış bankın əmlakları hərraca çıxarılır  |     20:49 Marsda qeyri-adi quruluşu olan daşlar tapıldı: Bu, yeraltı su axınının nişanəsi ola bilər  |     20:41 Sədərək Rayon İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib  |     20:36 Samuxda “Son Zəng"lə bağlı təlimatı pozduğu üçün məktəb direktoru işdən azad olunub  |     20:30 COP29 prezidenti iqlim həftəsi çərçivəsində Londonda bir sıra görüşlər keçirib  |     20:23 AVRO-2024: Türkiyə millisinin qapıçısı heyətdən çıxarılıb  |    

Sabah Bakıda 26, rayonlarda 23 dərəcə isti olacaq

Mayın 24-də paytaxt Bakıda havanın əsasən yağmursuz keçəcəyi, bölgələrdə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            240 23.05.24 20:19